Milli Konservatoriyanın Musiqi Kolleci Lənkəran musiqi məktəbində konsertlə çıxış edib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasının tərkibində olan Musiqi Kolleci C.Cabbarlı adına Lənkəran musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan məktəbin direktoru Camal Həsənov 1918-ci il mayın 28-də yaradılan Xalq Cümhuriyyətinin fəaliyyətindən, həmin dövrdə musiqi sahəsində görülən işlərdən danışıb.
Konsertdə kollecin tələbələri Cəmalə Abdinzadə, Ülkər Əsədova, Amalya Ağayeva, Mirraciyyəxanım Talışınskaya, Nərmin Cavadlı, Cəmilə Bəşirli, Aytac Cabbarova, Səbinə Ocaqverdiyeva, Sara Mustafayeva, Müjgan Məmmədli, Sabrina Muradxanova, Elmira Museyibzadə və İradə Məlikovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Maraqlı çıxışlardan sonra məktəbin direktoru Camal Həsənov, Humanitar Kollecin direktoru Fikrət Kərimov, 2 saylı musiqi məktəbinin direktoru Kamil Fərzullayev tələbə və müəllimlərə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Kollecin müəllimləri Ziyafət Acalova, Rəna Kamilova, Dürdanə Sadıxova, İradə Rəfizadə, Gülüstan Rəhmanova, Esfira Tahirova, Aytən Babayeva və tələbələri Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar təqdim edilən konsertin Lənkəran musiqi məktəbinin şagirdləri üçün də bir təcrübə olduğunu vurğulayıblar.