MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin qədim tarixindən söz açan sədr müavini əlaqələrimizin bütün sahələr üzrə inkişaf etdiyini vurğulamışdır. Ö.Oksikbayevin Azərbaycana bu səfəri zamanı hesablama palataları arasında imzalanmış əməkdaşlıq sazişinin əlaqələrimizin inkişafına təkan verəcəyinə inamını ifadə edən B.Muradova ölkəmizdə həyata keçirilən islahatlardan söz açmış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyətindən və Qazaxıstanın bu layihələrə qoşulmasının vacibliyindən danışmışdır.
Milli Məclis sədrinin müavini Azərbaycan və Qazaxıstanın parlamentləri arasında əlaqələri yüksək qiymətləndirmiş, deputatlarımızın beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış etmələrindən razılığını bildirmişdir.
Qazaxıstanın Hesablama Komitəsinin sədri Ömərxan Oksikbayev demişdir ki, onun ölkəsi Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və qazanılan uğurlara sevinir. Qazaxıstan BTC-nin işə düşməsindən də məmnundur və bu layihə ilə bağlı öz sözünü deyəcəkdir. Qonaq bu cür layihələrdə şəffaflığın təmin olunması üçün audit orqanlarının rolunun artırılmasının və parlamentlərin onlara dəstəyinin vacibliyini vurğulamışdır.
Görüşdə hesablama palataları ilə qanunverici orqanlar arasında əlaqələrin artırılmasından danışılmış, dövlət büdcəsinin icrasına, dövlət vəsaitlərinin düzgün xərclənməsinə, eləcə də regional layihələrin həyata keçirilməsi üçün sərf olunan vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanmış, qarşılıqlı maraq doğuran digər məsələlər tərafında geniş fikir mübadiləsi aparılmışdır.