SİYASƏT
Milli Məclisdə İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi iclas keçirilir
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatının qəbul olunması barədə məsələ daxil edilib.
İclasın yekununda İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul olunacaq.