MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlardan Nairə Şahtaxtinskaya, Asim Mollazadə, Bəxtiyar Əliyev Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və monitorinq komitələrinin yanvarın 14-15-də keçiriləcək iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Siyasi İşlər Komitəsində Avropa Şurasının Avropa İttifaqı Konstitusiyasının yaradılması prosesində iştirakı, Çeçenistanda, Gürcüstanda, Kiprdə vəziyyət və BMT ilə əlaqələrin inkişafı məsələləri müzakirə olunacaqdır.
Qurumun Monitorinq Komitəsində təşkilata üzv ölkələr tərəfindən Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Latviya və Makedoniyada vəziyyət barədə fikir mübadiləsi aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]