Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində daha bir iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri barədə danışıb. Bildirib ki, Avropa İttifaqının, NATO-nun və digər Avropa təşkilatlarının üzvü olan Macarıstan tarixi köklərinə əsaslanaraq, xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir. Macarıstan Türk Şurasında, Türkdilli Ölkələrin Parlament Assambleyasında, türkdilli dövlətlərin digər inteqrasiya qurumlarında müşahidəçi kimi iştirak edir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir.

Azərbaycan parlament nümayəndə heyətinin rəsmi səfəri Prezident İlham Əliyevin Macarıstanla münasibətlərin inkişafına verdiyi əhəmiyyətin ifadəsi idi.

Bildirilib ki, səfərin birinci günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Budapeştdəki səfirliyində olub. Orada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb, büstü önünə gül dəstələri qoyulub. Nümayəndə heyəti Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevlə görüş keçirib və fikir mübadiləsi aparıb.

İyunun 29-da Azərbaycan nümayəndə heyəti Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində “2021-ci il - Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbirdə iştirak edib.

Türk Şurasının Budapeşt ofisinin rəhbəri cənab Yanoş Hovari, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxışlarında Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıblar. Onlar Türk Şurası çərçivəsində əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd ediblər.

Milli Məclisin sədri bu tədbirdə çıxışında bildirib ki, Türk Şurasının üzvü olan bütün dövlətlərin nümayəndələrinin Budapeştə, Türk Şurasının nümayəndəliyinə təşrif gətirməsi xalqlarımız arasında sıx əlaqələrin daha bir təzahürüdür.

Qeyd edib ki, bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk Dünyasının baxışı - 2040” yol xəritəsindən istifadə edərək biz bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirə bilər və türk dünyası üçün daha yaxşı gələcək qura bilərik.

Spiker xatırladıb ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizmə, separatizmə, ekstremizmə və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsidir. Sədr Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoymaq uğrunda aparılan Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizə dəstək verdiklərinə görə Türk Şurasının üzvü olan dövlətlərin hökumətlərinə və xalqlarına şəxsən öz adından və Milli Məclisin kollektivi adından səmimi təşəkkürünü ifadə edib.

Sahibə Qafarova bildirib ki, iyunun 29-da Macarıstanın Baş naziri cənab Viktor Orbanla görüşüb.

Baş nazir əvvəlcə Azərbaycan xalqını 44 günlük müharibədə qələbə çalması və torpaqlarını azad etməsi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Milli Məclisin sədri iki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirərək qeyd edib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

O, Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün aparılan 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan dövlətinə və xalqına minnətdarlığımızı bildirib. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi işində Macarıstan tərəfindən verilən dəstəyə görə təşəkkür edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.

Həmin gün Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub. İki ölkənin parlamentləri arasında əməkdaşlıq barədə hər iki dostluq qruplarının üzvləri faydalı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, parlamentlər arasında münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkənin deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluq ifadə edilib.

İyunun 30-da nümayəndə heyətimiz Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib. Mərkəzin böyük bir korpusu Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Mərkəzin kollektivi ilə söhbət zamanı Milli Məclisin Sədri bildirib ki, Heydər Əliyev Fondunun bu dəstəyi iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə məlumdur, nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir və Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir. Mərkəzə Milli Məclis adından xatirə hədiyyəsi təqdim edilib.

Həmin gün nümayəndə heyətimiz Macarıstan Diplomatik Akademiyasında olub. Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarovanın Macarıstanın Dövlət katibi - Macarıstan Diplomatik Akademiyasının prezidenti xanım Orsolya Pacsay Tomassiç ilə görüşü olub. Sonra isə sədr Akademiyada mühazirə ilə çıxış edib. Tədbir iştirakçılarına Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.

S.Qafarova qeyd edib ki, ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşləri və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Milli Məclisin sədri parlamentlərarası əməkdaşlıq məsələləri haqqında da fikirlərini bölüşüb.

İyunun 30-da Milli Məclisin sədri və nümayəndə heyətimiz Macarıstan Milli Assambleyasının sədri Laszlo Kover ilə görüşüblər.

Söhbət zamanı ölkələrin qarşılaşdıqları problemlərin həllində parlament diplomatiyasının əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqları da vurğulanıb.

Sahibə Qafarova Milli Məclisdəki çıxışında xüsusilə qeyd edib ki, Macarıstanda keçirdikləri hər bir görüşdə - həm Baş nazir Viktor Orbanla, Milli Assambleyanın sədri Laszlo Koverlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdə, həm də Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Macarıstan Diplomatik Akademiyasında etdiyi çıxışlarda Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı fikri ana xətt kimi keçib. Bu isə Qafqazda regional inkişafa və inteqrasiyaya böyük maneə törədib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalıb. Nəhayət, ötən il Azərbaycan özü hərbi-siyasi imkanları hesabına bu qərarların icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi.

Artıq azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işlərinə başlanıb. Təəssüf ki, Ermənistan azad edilmiş torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Nəticədə Azərbaycan vətəndaşı olan hərbi qulluqçular və mülki şəxslər minaya düşərək həlak olur və ya yaralanırlar. Milli Məclisin sədri bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

S.Qafarova bildirib ki, Ermənistan müxtəlif təxribatlara əl atır, münaqişə başa çatdıqdan sonra Qarabağda saxlanılmış terrorçuları “hərbi əsirlər” kimi təqdim etməyə çalışır.

Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədlərin delimitasiyasını həyata keçirir. Lakin Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirərək saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa çalışır. Bununla əlaqədar Milli Məclisin sədri bildirib ki, Azərbaycan heç bir maneəyə baxmayaraq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin tam icrasını təmin edəcəkdir.

Sonra iclasın gündəliyi təsdiq edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında Macarıstana səfərdə dostluq qrupunun rəhbəri kimi iştirak etdiyini qeyd edərək söyləyib ki, bu səfər iki ölkə arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.

Ə.Hüseynli bildirib ki, Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının, hərbi strukturların peşə bayramları xüsusi şəraitdə qeyd olunur. Torpaqlarımız işğaldan azad olunub və bu prosesdə hərbçilər, güc strukturları yaxından iştirak ediblər. Bu gün Azərbaycan polisinin peşə bayramıdır. Azərbaycan polisi birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də peşəkarcasına, cəsarətlə iştirak edib, onlarla, yüzlərlə şəhid verərək, qazi olaraq Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycan polisi birinci Qarabağ müharibəsində fədakarlıq göstərib və Vətəni müdafiə edib. Növbəti mərhələdə, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında Azərbaycan polisinin müstəsna rolu olub. 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdin qarşısı uğurla alınıb. Daha sonda isə mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizə həyata keçirilib və Azərbaycanda tam ictimai-siyasi sabitlik bərpa olunub.

Əli Hüseynli parlament rəhbərliyi və deputatlar adından Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, artıq torpaqlarımız işğaldan azad olunub. Bu dövr ərzində hərbi vəziyyətdə biz bir daha Azərbaycan polisinin peşəkar fəaliyyətinin şahidi olduq. Milli Məclis sədrinin birinci müavini əminliklə vurğulayıb ki, Azərbaycan polisi bundan sonra da ölkə Prezidentinin siyasətinə, xalqımıza və dövlətimizə uğurla xidmət edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bütün deputat korpusu bu təbriklərə qoşulur.

Sonra çıxış edən komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Sahib Alıyev, Azər Badamov, Razi Nurullayev, Məlahət İbrahimqızı, Elşən Musayev, Eldəniz Səlimov, Bəhruz Məhərrəmov, Ramin Məmmədov da polis işçilərinin peşə bayramlarını təbrik ediblər. Deputatlar, eyni zamanda, gündəmdə olan bir sıra aktual mövzularla bağlı öz fikirlərini bölüşüblər, seçiciləri narahat edən bəzi problemlərdən bəhs ediblər.

İclasın davamında parlamentin sədri deputatların diqqətinə çatdırıb ki, gündəlikdə 10 məsələ var. Qeyd edib ki, ilk 4 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Birinci və ikinci məsələlər cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, gündəliyin birinci məsələsi “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi, ikinci məsələsi isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir.

Hər iki məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, hər iki qanuna edilən dəyişikliklər vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Layihəyə əsasən, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək.

Deputat Qüdrət Həsənquliyev fikirlərini söylədikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin üçüncü və dördüncü məsələləri də Prezident İlham Əliyev tərəfindən bir zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki, sənəd vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, dövlət orqanı əsasında publik hüquqi şəxs yarandığı zaman dövlət qulluğuna xitam verilən işçilərin pensiya yaşına iki il qalıbsa və onların 13 il stajı varsa, onların pensiyaları dövlət qulluqçusu kimi hesablanacaq. Yəni, onlara iki il güzəşt tətbiq olunur. Komitə sədri qanun layihəsinin ikinci oxunuşu zamanı söylənilən fikirlərə, verilən təkliflərə də münasibət bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər barədə danışıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində göstərilən müddəalar faktiki olaraq “Dövlət qulluğu haqqında” Qanunda da öz əksini tapmalıdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, digər 6 məsələ ikinci oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi və “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.

Bildirilib ki, “Mediasiya haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məcəllələrə və qanunlara əlavə və dəyişikliklər təklif olunur. Eyni zamanda, qeyd edilib ki, “Mediasiya haqqında” Qanun dünəndən qüvvəyə minib. Təqdim olunan qanun layihələrinin qüvvəyə minmə tarixi də 1 iyuldan etibarən nəzərdə tutulub. Lakin bu qanun layihələri faktiki olaraq ikinci oxunuşdadır. Bu səbəbdən həmin müddəa çıxarılıb və Azərbaycan Prezidentinin imzaladığı tarixdən qüvvəyə minəcək. Layihələrdə bəzi texniki düzəlişlər də edilib. Qeyd olunub ki, təqdim olunan layihələr Mediasiya institutunun inkişafına xidmət edəcək.

Deputatlar Qüdrət Həsənquliyev, Etibar Əliyev, Sədaqət Vəliyeva, Sahib Alıyev qanun layihələri barədə fikirlərini açıqlayıblar.

Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənədlə əlaqədar parlament sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişiklik xüsusi dövlət orqanından dövlət qulluğuna, dövlət qulluğundan xüsusi dövlət qulluğuna keçən zaman sınaq müddətinin və stajın yenidən tətbiq olunmamasını özündə ehtiva edir.

Deputatlar Fazil Mustafa və Elnur Allahverdiyev sənədə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gündəliyin növbəti üç məsələsi - Mülki Prosessual Məcəllədə, “Dövlət rüsumu haqqında” Qanunda və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələridir. Qeyd edilib ki, ötən iclasda bu məsələlər gündəliyin son 4 məsələsi kimi nəzərdə tutulmuşdu. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə iki qanun layihəsi var idi. Həmin layihələri birləşdirərək bir sənəd kimi təqdim etmək qərara alınıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ötən iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsinə müəyyən rəylər bildirilib. Bunları nəzərə alaraq, dünən Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında həmin layihənin ictimai müzakirəsi keçirilib. İclasa Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri də dəvət edilib. Suallara aydınlıq gətirilib, təkliflər dinlənilib. Müzakirə nəticəsində qanun layihəsini Milli Məclisin iclasına təqdim etmək qərara alınıb.

Məsələ ilə bağlı çıxış edən Əli Hüseynli bildirib ki, dünən ictimai müzakirə formatında komitələrin çox effektiv iclası keçirilib. Fikir mübadiləsi zamanı deputatlar maraqlı təkliflər veriblər. Nəticə etibarilə biz hüquq ictimaiyyətini, daha çox vəkilləri narahat edən məsələlərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə razılıq əldə etdik.

Qeyd olunub ki, ən vacib məqamlardan biri 174-cü maddə ilə bağlı idi. Verilən təkliflər də nəzərə alınaraq 174.5-ci maddə yeni formada veriləcək.

Əli Hüseynli deyib ki, ikinci məsələ rüsumlarla bağlıdır. Diqqətə çatdırılıb ki, məhkəmə-hüquq islahatları çərçivəsində pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulub.

Hakimlərin sayının artırılması məsələsinə toxunan komitə sədri bildirib ki, cari ilin fevral ayında Azərbaycan Prezidentinin müvafiq fərmanının tətbiqi ilə bağlı 44 yeni hakim təyin olunub, hazırda 44 hakim tədris mərhələsinə keçib, 152 hakimliyə namizəd ikinci mərhələdədir, 100 nəfər isə yenidən hakim olmaq üçün müraciət edib. Qeyd olunub ki, hakimlərin seçilməsi prosesi davamlı surətdə gedir. Ümumiyyətlə, hakimlərin sayının artırılması ilə bağlı Prezidentin fərmanının tətbiqi sahəsində son iki ildə çox ciddi işlər aparılıb. Əli Hüseynli qanun layihəsinin ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına töhfə verəcəyini söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Qeyd edilib ki, əsas məqamlardan biri rüsum dəyişmə sisteminin əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinə təsiri ilə bağlıdır. Bildirilib ki, qanun layihəsində aztəminatlı təbəqənin qorunması ehtiva olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, deputatlar həmişə mediaya açıq olmalıdır. Biz nə qədər mediaya açıq olsaq, bir o qədər cəmiyyətdə yaranan suallar cavabını tapacaq.

Müzakirələr zamanı komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Fazil Mustafa, Fəzail Ağamalı, Razi Nurullayev, Elşən Musayev, Etibar Əliyev, Aydın Hüseynov dəyişikliklər barədə fikirlərini söyləyiblər.

Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin növbəti plenar iclası başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi təşkil olunub

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək

Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

İctimai iaşə obyektlərində yay mövsümündə qida təhlükəsizliyi necə təmin olunur?

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Qırğızıstanda “Juventus Academy” futbol mərkəzinin yaradılması planlaşdırılır

Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

“Azərenerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

Heyvanların identifikasiyası nə üçün vacibdir?

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

Turizm ixtisasları üzrə təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılacaq

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir – MÜSAHİBƏ

Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb

Yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi veriləcək

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir - ŞƏRH

Naxçıvan Orta Dəhlizin mühüm nəqliyyat qovşağına çevriləcək - ŞƏRH

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi – ŞƏRH

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir - Ekspert rəyi

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir?

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Hulusi Kılıç: Prezident İlham Əliyev Türk dünyasının inteqrasiyası prosesinin ön sıralarındadır

Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq

Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Dünya enerji bazarında növbəti qiymət artımı dalğası başlayıb

Milli musiqimiz Pekində təbliğ olunacaq

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir - ŞƏRH

® “Unibank”ın 7 faizədək endirimli kredit kampaniyası davam edir

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin  130 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb

V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb

Bəyimxanım Cavanşirova-Verdiyeva: Xan Şuşinski irsini yaşadır, milli musiqimizi dünyada təbliğ edirik

Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı

Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb

® “Azercell” “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bu il Almaniyada yüksək temperaturla əlaqəli ölüm hallarının sayı 14 mini ötüb

Baş direktor: Polşa, Niderland və İtaliya ən güclü güləşçiləri ilə Bakıya gəlib

® ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir

İqlim dəyişmələri əsrin sonunadək Avropada meşə yanğınlarının əhatə dairəsini üç dəfəyədək artıra bilər

İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi -  REPORTAJ  VİDEO

İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi - REPORTAJ VİDEO

Sabah axşamdan külək tədricən zəifləyəcək - PROQNOZ

Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib

Gülnarə Səfərova: Azərbaycan musiqisinin təbliği xaricdə yaşayan soydaşlarımızın ən mühüm missiyasıdır

Tovuzda 41 yaşlı qadını ilan sancıb VİDEO

Tovuzda 41 yaşlı qadını ilan sancıb VİDEO

Dövlətə məxsus “Kotam” qırmadaş yatağının bir hissəsi özəlləşdirilib

Azərbaycan jurnalistləri Səmərqənd yaxınlığındakı İmam əl-Buxari turizm kompleksini ziyarət ediblər VİDEO

Azərbaycan jurnalistləri Səmərqənd yaxınlığındakı İmam əl-Buxari turizm kompleksini ziyarət ediblər VİDEO

Opera müğənnisi Məryəm Hacıyeva: Musiqi vasitəsilə Azərbaycanı dünyaya tanıdıram

Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər VİDEO

Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər VİDEO

Xocavənddə rəqəmsal təhlükəsizlik təlimlərindən 140 uşaq faydalanıb VİDEO

Xocavənddə rəqəmsal təhlükəsizlik təlimlərindən 140 uşaq faydalanıb VİDEO

“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur VİDEO

“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur VİDEO

Bakıda qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq

Macarıstan hökuməti 2030-cu ilə qədər avronu qəbul etməyi hədəfləyir

“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib

Doktoranturaya qəbul üzrə fəlsəfə imtahanlarının vaxtı və yeri açıqlanıb

Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər VİDEO

Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər VİDEO

Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır

Gürcüstan Azərbaycandan yanacaq idxalını kəskin artırıb

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır

Məhəmməd Asif Nur: TRIPP yalnız Naxçıvanı deyil, Pakistanı da Avropaya yaxınlaşdırır