Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 15 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlar Zahid Oruc, Əli Məsimli, Naqif Həmzəyev, Azay Quliyev, Elman Nəsirov, Aydın Mirzəzadə, Musa Quliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, Tamam Cəfərova günün aktual məsələlərinə münasibət bildiriblər, bir sıra təkliflər irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb.

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələni şərh edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı ilə əlaqədardır.

İclasda qeyd olunub ki, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra həyata keçirilən idarəetmə islahatlarının ən vacibi həmin ərazilərdə xüsusi nümayəndəlik institutunun təsis olunmasıdır. Bildirilib ki, ötən qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidini Azərbaycan Prezidenti müəyyən edir. Bu qurumun işçiləri Prezident Administrasiyasının əməkdaşları və dövlət qulluqçusu sayılırlar. Məhz bu baxımdan da “Dövlət qulluğu haqqında” Qanuna yeni anlayışlar əlavə olunur.

Birinci vitse-spiker bildirib ki, bununla əlaqədar olaraq qanunun 11-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri məzmununda əlavələr edilir.

İclasda aparılan fikir mübadiləsində deputatlar Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Qasımlı, Fazil Mustafa, Kamran Bayramov, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Xüsusi nümayəndəlik ölkədə aparılan idarəetmə islahatlarının davamı kimi müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu qurum icra hakimiyyətləri ilə paralellik təşkil edən hakimiyyət orqanı deyil.

Sonra Əli Hüseynli deputatları maraqlandıran suallara aydınlıq gətirib. Yeni qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub.

İclasda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) barədə birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib.

Layihə əsas kimi qəbul edildikdən sonra deputat Sahib Alıyev sənədə münasibət bildirib. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və qəbul edilib.

Sonra plenar iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun birinci oxunuşda müsbət dəyərləndirilib və çox humanist sənəddir. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Qanuna əlavə edilən 21.1.4-1-ci maddəyə əsasən “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” bir dəfəlik möhlət hüququ verilir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Müzakirə zamanı deputatlar Əziz Ələkbərov, Elman Nəsirov, Musa Quliyev qanuna əlavəni yüksək dəyərləndiriblər. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, məcəllədə edilən dəyişikliyin əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində daha yeni tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Birinci oxunuş zamanı komitədə və plenar iclasda deputatların verdikləri təkliflərin çoxu ikinci oxunuşda nəzərə alınıb. Məsələn, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin kəpəyin istehsalı və satışı ilə bağlı 1 illik ƏDV-dən azad edilmə müddəti hazırkı oxunuşda 1 ildən 3 ilədək uzadılıb və s.

Müzakirə zamanı deputatlar Bəhruz Məhərrəmov, Etibar Əliyev fikirlərini bildiriblər. Komitə sədri Tahir Mirkişili suallara aydınlıq gətirdikdən sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin spikeri məlumat verib ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. İkinci oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq. Layihələr komitədə və plenar iclasda dəstəklənib.

Məlumat dinlənildikdən sonra deputatlar Nigar Arpadarai, Aqil Abbas, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev rəylərini bildiriblər. İclasda hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkətində təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Deputatların irəli sürdükləri təkliflər əsasən nəzərə alınıb və layihələr təkmilləşdirilib.

Fikir mübadiləsində deputat Qüdrət Həsənquliyev həmkarı Fazil Mustafa ilə birlikdə Milli Məclisin plenar iclasında səsləndirdikləri təkliflərin müvafiq orqanlara çatdırıldığını və həmin qurumlar tərəfindən operativ tədbirlər görüldüyünü vurğulayaraq minnətdarlığını bildirib. Deputatlar Bəxtiyar Əliyev, İltizam Yusifov və Əli Hüseynli fikirlərini açıqladıqdan sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Müzakirədə deputat Fazil Mustafa qanundakı yeniliyi vətəndaşın vəziyyətini yüngülləşdirən dəyişiklik, vətəndaşa diqqətin göstəricisi kimi müsbət qiymətləndirib. Deputatlar qanun layihəsini ikinci oxunuşda təsdiqləyiblər.

Sonra “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində sözü gedən rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki məlumatlara istinad olunmasıdır.

Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) layihəni Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən dəyişikliklər ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi mühüm məsələləri nəzərdə tutur.

Layihə barədə danışan deputat Etibar Əliyev qanunun 27-ci maddəsinə edilən dəyişikliyin əhəmiyyətindən danışıb. Sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti üç məsələ birinci oxunuşda müzakirəyə təqdim olunub. İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov ətraflı məlumat verib. Qeyd edib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiyanın sahibkarlara vurduğu ziyanı yumşaltmaq məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Qanunda edilən dəyişiklik Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da sahibkarların həmin dövrdəki fəaliyyəti ilə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

Geniş müzakirədə deputatlardan Razi Nurullayev, Azər Badamov, Fazil Mustafa, Etibar Əliyev, Naqif Həmzəyev, Tahir Mirkişili rəy və təkliflərini diqqətə çatdırıblar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair (birinci oxunuş) məsələ barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsində övladlığa götürmə ilə bağlı müddəalar təkmilləşdirilib və bu sahədə xidmətlərin elektron qaydada aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. Hazırda təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Uşaqları övladlığa götürmək istəyən qohumları üçün bu prosedur asanlaşdırılır.

Müzakirədə komitənin sədr müavini Jalə Əliyevanın fikirləri dinlənilib. Sonra qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul olunub.

İclasın yekununda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də övladlığa götürmə ilə bağlıdır və Ailə Məcəlləsindəki dəyişikliklə əlaqədardır, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Plenar iclasda bu qanun da birinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb