Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ UKRAYNADA

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Ukraynada rəsmi səfərdədir. 

Dekabrın 3-də parlament nümayəndə heyəti Taras Şevçenko adına Kiyev Milli Universitetində olmuş, bu təhsil ocağının rektoru Viktor Skopenko ilə görüşmüşdür.

Rektor rəhbərlik etdiyi ali təhsil ocağının tarixi və strukturu haqqında ətraflı məlumat verərək bildirdi ki, 2000-ci ildə universitetə muxtariyyət statusu verilmişdir. Burada 20 mindək tələbə təhsil alır və onlara 1800 müəllim dərs deyir.

Azərbaycan parlamentinin sədri Murtuz Ələsgərov universitetlə tanışlıqdan sonra bu təhsil ocağının professor-müəllim heyəti, tələbələri və aspirantları qarşısında çıxış etdi. O, bu imkandan məmnunluq duyduğunu vurğulayaraq, belə bir görüşün səfər proqramına daxil edilməsinə görə minnətdarlığını bildirdi. Milli Məclisin sədri dedi ki, onun bütün şüurlu həyatı elmlə, Bakı Dövlət Universiteti ilə sıx bağlı olmuşdur. Hələ sovet dövründə Azərbaycanla Ukrayna arasında elm və təhsil sahəsində əlaqələr mövcud idi. Müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ölkələrimiz arasında tələbə mübadiləsi sayəsində azərbaycanlı tələbələr Ukraynada, ukraynalı tələbələr isə Azərbaycanın ali təhsil ocaqlarında təhsil almışlar. Bu əlaqələr indi də davam edir.

Parlamentin başçısı vurğuladı ki, ölkələrimiz arasında dostluğun ən bariz nümunəsi Ukraynada Azərbaycan diasporunun fəaliyyət göstərməsidir. Ukraynada 500 min azərbaycanlı yaşayır, Ukrayna Azərbaycanlılarının Konqresi fəaliyyət göstərir, “Azərbaycanın səsi” qəzeti çıxır. Bundan əlavə 7 bazar günü məktəbi var və onlarda Azərbaycan dili, ədəbiyyatı tədris olunur. Eyni zamanda, Bakı Slavyan Universitetində ukraynaşünaslıq ixtisası üzrə mütəxəssislər hazırlanır, Ukrayna Mədəniyyəti Mərkəzi və bazar günü məktəbləri fəaliyyət göstərir. Ölkələrimiz arasındakı münasibətlərin belə yüksək səviyyədə olmasında dövlət başçılarının böyük rolu vardır. Azərbaycan və Ukrayna müxtəlif beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Milli Məclisin sədri bildirdi ki, əldə olunmuş nailiyyətlərlə bərabər, ölkəmizin Dağlıq Qarabağ problemi də vardır. Azərbaycanın ərazisinin 20 faizini Ermənistan silahlı birləşmələri işğal etmişlər. Həmin nəzarətsiz ərazilərdə terrorçu qruplar hazırlanır. Bu ərazilərdən narkotik maddələrin istehsalı və tranziti üçün istifadə olunur.

Sonra Murtuz Ələsgərov əcnəbi tələbələri maraqlandıran suallara ətraflı cavab verdi.

X X X

Həmin gün Azərbaycan parlamentinin nümayəndə heyəti Regionlararası İdarəetmə Akademiyasının Heydər Əliyevin adına Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunda oldu. Milli Məclisin sədri Murtuz Ələsgərov institutun müəllim və tələbə kollektivi qarşısında çıxış edərək, Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin tarixindən və inkişaf perspektivlərindən söhbət açdı. Spiker burada təhsil alan azərbaycanlı tələbələrlə fəxr etdiyini və Azərbaycanın gələcəyinin bilavasitə gənclərin əlində olduğunu vurğuladı.

Milli Məclisin sədri GUOAM-ın Parlament Assambleyasının yaradılmasının vacibliyindən də danışaraq dedi ki, belə bir qurumun təsis olunması təşkilata üzv ölkələrin parlamentlərarası iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

Parlamentin spikeri Azərbaycanda aparılan islahatlar, Milli Məclisə seçkilərin keçirilməsi qaydaları, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, Dağlıq Qarabağ problemi və digər məsələlər barəsində ətraflı məlumat verdi.

Sonra çıxış edən Regionlararası İdarəetmə Akademiyasının prezidenti Georgi Şokin bildirdi ki, bu təhsil ocağı həm də Beynəlxalq Kadr Akademiyasının üzvüdür. Beynəlxalq Kadr Akademiyasının rəyasət heyətinin qərarına əsasən, Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərov səmərəli elmi-pedaqoji fəaliyyətinə və Azərbaycan-Ukrayna əməkdaşlığının inkişafındakı xidmətlərinə görə qızıl medalla təltif olunur. Medal təqdim olunduqdan sonra Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun sədri Vaqif Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə həsr olunmuş “O, böyük siyasətə hazırdır” kitabının nüsxələrini akademiyanın rəhbərliyinə və ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyevə təqdim etdi.

X x x

Həmin gün Milli Məclisin nümayəndə heyəti Kiyev şəhəri merinin müavini Vladimir Valovoyla görüşdü. Parlamentin sədrini səmimi salamlayan cənab Valovoy bu görüşdən məmnun olduğunu bildirdi, Kiyev şəhərində sənayenin inkişafı, yeni yaşayış binalarının tikintisi, büdcənin artım sürəti və sair barədə ətraflı məlumat verdi.

Səmimi qəbula görə təşəkkürünü bildirən Milli Məclisin sədri Murtuz Ələsgərov son 50 il ərzində Kiyev şəhərinin tamamilə müasirləşdiyini və gözəlləşdiyini xüsusi vurğuladı. Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. Bu münasibətlərin inkişafını daha da sürətləndirəcək yeni sənədlərin imzalanmasının vacibliyi qeyd olundu.

X x x

Dekabrın 3-də Milli Məclisin nümayəndə heyətinin üzvləri ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları ilə də görüşdülər.

Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev səfirliyin Azərbaycan diasporu ilə apardığı işlər barədə ətraflı məlumat verdi.

Ukraynada yarım milyonluq Azərbaycan diasporunun olduğunu vurğulayan Milli Məclisin sədri Murtuz Ələsgərov bu böyük qüvvədən səmərəli istifadə edilməsinin vacibliyini söylədi. O bildirdi ki, Prezident Heydər Əliyev səfər etdiyi bütün xarici ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları mütəşəkkil olmağa çağırır. Hazırda dünyanın 70 ölkəsində azərbaycanlılar yaşayır və onlar Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün var qüvvələrini sərf etməlidirlər. Azərbaycanlılar Ukraynanın ali qanunvericilik orqanında təmsil olunmaq üçün də məqsədyönlü iş aparmalıdırlar.

Ceyhun Quliyev

Milli Məclisin mətbuat

xidmətinin əməkdaşı

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib