MİLLİ ORDUMUZUN MÖVQELƏRİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-da saat 13.20-dən 13.45-dək Ermənistanın Berd rayonunun Çinari kəndinin ərazisindəki mövqelərindən Milli Ordumuzun Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 13.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 10.00-dan 10.15-dək və saat 23.10-dan iyunun 10-u saat 00.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 16.00-dan 16.35-dək Tərtər rayonunun saat 22.55-dən 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyunun 10-u saat 5.50-dən 6.10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]