MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdən əvvəl partiyanın bir qrup üzvü Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişdi.
Sonra dəyirmi masa davam etdirilmişdir.
Partiyanın sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Milli qurtuluş günündən ötən 13 ildə müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik, dünyəvi və milli dövlət quruculuğunda əldə olunmuş uğurları yüksək dəyərləndirmişdir. Natiq 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. Qeyd olunmuşdur ki, dünya şöhrətli siyasi xadimi əbədiyaşar ideyalarına sadiq qalan xalqımız onun siyasi xəttini alternativsiz inkişaf xətti kimi qəbul etmişdir.
Çıxış edənlər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, onun xilaskarlıq missiyasından söz açmış, müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu qeyd etmiş, xalqımızı Prezident İlham Əliyev ətrafinda daha sıx birləşməyə çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]