MİNADAN ZƏRƏRÇƏKƏNLƏRİN PROBLEMLƏRİ İLƏ BAĞLI MÜSABİQƏNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, avqustun 5-də AMEA-nın İnsan Hüquqları İnstitutunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) birgə təşkilatçılığı ilə “Mina qurbanları: ehtiyaclar, problemlər, vəzifələr” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə BAMF-in sədri Umud Rəhimoğlu qurum və onun fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulmuş BAMF bu istiqamətdə layihələr həyata keçirir. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə “Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” layihəsi çərçivəsində 2007-ci ildə BAMF-in təsisçiliyi ilə AMZA yaradılmış və dövlət qeydiyyatına alınmışdır. ABŞ Dövlət Departamentinin dəstəyi ilə AMZA-nın Füzuli və Ağstafa regional bölmələrinin yaradılması layihələrinin də həyata keçirildiyi diqqətə çatdırılmışdır. U.Rəhimoğlu layihələr çərçivəsində mina qurbanlarına təlimlərin keçilməsi, onların cəmiyyətə inteqrasiyası, kiçik kreditlərin verilməsi ilə minadan zərərçəkənlər və onların ailə üzvləri üçün fəaliyyət sahələrinin yaradılması istiqamətində görülmüş işlərdən danışmışdır.
Tədbirdə sözügedən layihələri həyata keçirən zaman aparılan təhqiqatlar əsasında nəşr edilmiş “Bu onların taleyidir” kitabının təqdimatı da keçirilmişdir. Çıxış edənlər Azərbaycan və ingilis dillərində ”Avrasiya Press” nəşriyyatında işıq üzü görmüş kitabda 27 mina qurbanının yaşadığı faciənin əks olunduğunu söyləmişlər.
Mərasimdə, həmçinin, “Minadan zərərçəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda BAMF-in, AMZA-nın jurnalistlər arasında reportaj və araşdırma üzrə elan etdikləri müsabiqənin qalibləri mükafatlandırılmışlar. Qaliblərə diplom və hədiyyələri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]