Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universiteti və Qazi Universiteti arasında əməkdaşlıq inkişaf edir

Bakı, 8 aprel, AZƏRTAC

Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem Mingəçevir Dövlət Universitetində olublar.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində MDU-nun rektoru Şahin Bayramov ilə aparılan müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşüb.

Görüşdə qonaqları və iştirakçıları salamlayan Ş.Bayramov Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Qazi Universitetinin professorlarını MDU-da görməkdən məmnunluğunu bildirib. Qazi Universiteti ilə işbirliyinin inkişafından və həyata keçirilən birgə fəaliyyətlərin konkret nəticələrindən bəhs edən rektor növbəti mərhələdə universitetlər arasında əməkdaşlıqdan başlıca gözləntilərini diqqətə çatdırıb. MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda qarşıya qoyulmuş prioritet vəzifələrin yerinə yetirilməsində qardaş ölkənin tərəfdaş universitetinin dəstəyinin önəmini vurğulayan Ş.Bayramov, Qazi Universitetinin rektoru ilə keçirilmiş əvvəlki görüşlərdə razılaşdırılan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb, əməkdaşlığın inkişafına töhfə verən bütün akademik və inzibati heyət üzvlərinə təşəkkürünü bildirib.

MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı S.Tekeli, əvvəlcə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın salamlarını çatdırıb. Cari ilin fevral ayında MDU-nun rektoru ilə Bakıda keçirilən görüşü xatırladan fakültə dekanı ikitərəfli əməkdaşlığın başlıca istiqamətlərindən birinin MDU-da İnformasiya Texnologiyaları fakültəsinin yaradılmasına və Mühəndislik fakültəsinin yenidən qurulmasına müvafiq dəstəyin göstərilməsi olduğunu qeyd edib. Bu məqsədlə işbirliyinə daim açıq olduqlarını bildirən S.Tekeli geniş təqdimatla çıxış edərək rəhbərlik etdiyi fakültənin başlıca nailiyyətləri ilə bağlı ətraflı məlumat verib, MDU-da mühəndislik və informasiya texnologiyaları sahəsində kadr hazırlığının müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə birgə fəaliyyətlərin potensial istiqamətləri barədə danışıb. MDU-da görülən işləri yaxından izlədiyini və modernləşmə yolunda dinamik dəyişikliklərin baş verdiyini deyən S.Tekeli əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

İki universitet arasında əməkdaşlığın konkret addımlarla möhkəmlənməsindən məmnunluğunu bildirən Qazi Universitetinin Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem MDU-da müasir ixtisaslar üzrə kadr hazırlığının, informasiya texnologiyaları sahəsinin diqqət mərkəzində saxlanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Müasir dövrdə mühəndislik ixtisaslarının önəmindən danışan A.Erdem rəhbərlik etdiyi bölümdə tədris və elmi fəaliyyətin təşkili ilə bağlı təcrübələrini bölüşüb. Kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil proqramının yaradılması ilə bağlı müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdıran A.Erdem MDU-nun kollektiv üzvlərinə uğurlar arzulayıb.

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantlarının böyük marağına səbəb olan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonra, nümayəndə heyəti ilə Mühəndislik fakültəsində görüş keçirilib. Görüşdə fakültələr arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, təhsilalanların və təhsil verənlərin praktiki bacarıqlarının artırılması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, magistratura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində ətraflı müzakirələr aparılıb və müvafiq ilkin razılıq əldə edilib.

Görüşlərdən sonra qonaqlar universitetin bir qrup kollektiv üzvü ilə birlikdə Mingəçevir Sənaye Parkı və “Azərbaycan İES”də ekskursiyada olub, Mingəçevir Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət yetirilir. MDU-nun Gazi Universiteti ilə əməkdaşlığının inkişafı universitetin potensialının gücləndirilməsində və müasir tələblərə uyğun keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol oynayır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO