REGİONLAR
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri yanvarın 6-dan başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunur.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər. Növbəti “Açıq qapı” günü fevralın 3-də keçiriləcək.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.