Mingəçevir Dövlət Universitetinin həyətində iməcilik keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə iməcilik keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDU-nun həyətində təşkil edilən iməcilikdə fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr, magistrantlar iştirak ediblər.
İməcilik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb.