MİNGƏÇEVİR ŞƏHƏR STADİONU ƏSASLI TƏMİR OLUNUR
Mingəçevir, 31 yanvar (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin sifarişi ilə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda əsaslı təmir və bərpa işləri aparılır. 1953-cü ildə inşa edilmiş və 10 hektar ərazini əhatə edən stadionda təmir-bərpa işlərinə 2008-ci ildə başlanmışdır.
Bugünədək əsas futbol meydançasının ətrafında 5 min 100 yeni oturacaq və böyük elektron tablo quraşdırılmış, yaşıl ot örtüyü dəyişdirilmişdir. Stadionun basketbol, voleybol və futzal meydançaları, güləş zalları, idmançıların soyunub-geyinmə, məşqçi və həkim otaqları, duşxanalar əsaslı təmir edilmişdir.
Hazırda stadionun iki yardımçı futbol meydançasında təmir-bərpa işləri görülür. Yaxın vaxtlarda stadionun mehmanxanasında da təmir işinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]