Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevirin 70 illik yubileyi ümumşəhər bayramına çevrilib

Mingəçevir, 11 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 11-də nurlu diyar kimi tanınan Mingəçevirə şəhər statusu verilməsinin 70 ili tamam olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Mingəçevirdə keçirilən tədbirlər sakinlər tərəfindən coşqu ilə qarşılanıb və ümumşəhər bayramına çevrilib.

Əvvəlcə Mingəçevir Dövlət Dram Teatrının qarşısında sərgi təşkil olunub. Sərgidə şəhərin idarə, təşkilat və müəssisələrinin uğurları, müxtəlif sənaye və istehsal müəssisələrinin məhsulları, eləcə də Mingəçevirdə yaşayıb-yaradan rəssamların, tətbiqi sənət ustalarının rəsmləri, hazırladıqları incəsənət nümunələri nümayiş etdirilib. Bir sıra yerli kollektivlərin üzvləri və gənc müğənnilər yubiley tədbirinə qoşulan şəhər sakinləri qarşısında konsert proqramı ilə çıxış ediblər.

Yubiley tədbiri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Tədbirdə Mingəçevir şəhərinin qurulmasında böyük xidmətləri olan şəxslər, idarə, təşkilat və müəssisələrin rəhbərləri, respublikamızın müxtəlif bölgələrini təmsil edən KİV nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov bayram münasibətilə şəhər sakinlərini təbrik edib, həmçinin 70 ildə nurlu diyarın keçdiyi tarixi yoldan və müasir inkişafından danışıb.

Bildirilib ki, 1948-ci il noyabrın 11-də imzalanmış Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevir qəsəbəsinə şəhər statusu verilib. Bu zərurət hidroqovşağın tikintisi ilə əlaqədar əhalinin artması, ictimai-mədəni və məişət obyektlərinin genişlənməsinə olan tələbatdan irəli gəlib.

Diqqətə çatdırılıb ki, Mingəçevirə şəhər statusu verilməsi yaxın keçmişə aid tarixi hadisə olsa da, Kürün sol sahilində torpaq bəndindən 1,5 kilometr aralıda salınmış Mingəçevirin tarixi daha qədim dövrlərə aiddir. Bütün bunları isə vaxtilə şəhər ərazisində aparılan arxeoloji qazıntılar təsdiq edir.

Qeyd edilib ki, şəhər statusu aldıqdan sonra Mingəçevirdə geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb. O dövrdə Mingəçevir Su Elektrik Stansiyası, Azərkabel, yol maşınları, şüşə lifi, maşınqayırma, izolit zavodları, toxuculuq kombinatı tikilməklə Mingəçevirin sənaye şəhərinə çevrilməsinin əsası qoyulub.

Ayrı-ayrı dövrlərdə şəhərin tikinti-quruculuq işlərində çoxlu sayda insan iştirak edib və ötən illər ərzində Mingəçevir şəhəri böyük inkişaf yolu keçib. Xatirələri bu gün də şəhər sakinləri tərəfindən böyük hörmət və ehtiramla anılan şəhərin ilk qurucularından olan Qafar Xəlilov, Nicat Muradov, İslam Həsənzadə, Məmməd Əliyev, Rüstəm Aslanov, İslam İslamzadə, Vitali Damanski, Andrey Zaqryajski və bir çoxlarının əməyi Mingəçevirə şan-şöhrət gətirib və onun yüksəlişinə səbəb olub.

Bugünkü Mingəçevirin uğurlarında isə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri vardır.

1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəldiyi dövrdə kiçik bir qəsəbəni xatırladan Mingəçevir məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi illərində sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilib.

1969-1982-ci illərdə Ulu Öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, Texniki-rezin məmulatları, Yol-tikinti maşınları təmiri, Aqrar-sənaye dəmir-beton məmulatları və Çörək zavodları, Poliqrafiya müəssisəsi, Evtikmə kombinatı inşa olunub. Bu illərdə şəhərdə 8 min 130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2 min 240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi, Gənc Texniklər Stansiyası və digər obyektlər tikilib. Həmin dövrdə Energetiklər qəsəbəsində 20 minə yaxın əhalinin məskunlaşması üçün çoxmərtəbəli yaşayış binaları, 3 ümumtəhsil məktəbi, Doğum evi, poliklinika, tibb məktəbi, musiqi məktəbi, uşaq bağçaları və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir respublikamızın 4-cü sənaye şəhərinə çevrilib.

Vurğulanıb ki, Ümummilli Liderin gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son 15 ildə şəhərdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilib. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində şəhərdə 9 məktəb əsaslı təmir edilib. Son dövrdə 4 uşaq bağçası əsaslı təmir olunub, Heydər Əliyev Fondu tərəfindən isə 120 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.

Şəhərdə Ulu Öndərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Gənclər Evi tikilib.

Şəhərin bütün küçələrində asfaltlanma, abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, yüzlərlə binanın fasadları təmir edilib, dam örtükləri yenilənib. Əhalinin istirahəti üçün 10-a yaxın park və istirahət mərkəzi salınıb. “1941-1945” abidə kompleksinə yeni görkəm verilib, Mingəçevir Dövlət Dram Teatrı, şahmat məktəbi, şəhər stadionu təmir edilib, Ulu Öndərin adını daşıyan park və prospekt, Teatr meydanı yenidən qurulub.

Prezidentliyi dövründə yeddi dəfə şəhərin qonağı olan ölkə başçısı bir sıra müəssisələrin - “Kür” Elektron Avadanlıqları Zavodu, İnterenerji Beton Dayaqları, İzolit ASC-lərin, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şahmat Məktəbinin, YAP şəhər təşkilatının inzibati binasının, Heydər Əliyev Mərkəzinin, Gənclər Evinin, Dövlət Bayrağı Meydanının, Günəşli bağ massivinə çəkilən qaz xəttinin, Xaldan-Mingəçevir yolunun, Mingəçevir Sənaye Parkının, ASAN Həyat Kompleksinin, Su təmizləyici qurğunun, Mingəçevir Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışını edib.

Çıxışlardan sonra Mingəçevir şəhərinin qurulmasında xidmətləri olan bir qrup şəxs Mingəçevir Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.

Sonda Mingəçevir şəhərinin 70 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib. Müğənnilər tərəfindən ifa olunan və yurdumuzu, Mingəçeviri tərənnüm edən bir-birindən gözəl mahnı və təsniflər, həmçinin Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin rəqsləri və Mingəçevir Dram Teatrının aktyorlarının çıxışları bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lionel Messi MLS-in tarixinə düşüb

Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Derviş Eroğlu: Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında əbədi yaşayacaq böyük liderdir

Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şükürbəyli kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib VİDEO

Belçikadakı derbidə baş verən qalmaqal antisemitizm problemini yenidən gündəmə gətirib

Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

“Əl-Qüds” qəzetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib

Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb

İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar

Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada

Mütəxəssis xəbərdarlığı: Qlobal iqlim dəyişikliyi quş populyasiyasını təhdid edir

ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır

Heydər Əliyev: Müasir Azərbaycanın memarı və milli dövlətçiliyin xilaskarı - ŞƏRH

Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər  YENİLƏNİB VİDEO

BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb

Vəkillər Kollegiyasının üzvləri Türkiyədə beynəlxalq arbitraj tədbirində iştirak ediblər

Belçikada İkinci Dünya müharibəsi zamanı həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb

Premyer Liqa: "Qarabağ" Qəbələ səfərində xal itirib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqı üçün daim yol xəritəsi olacaq ŞƏRH

Azərbaycan karateçisi Avropa çempionu oldu

Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir - ŞƏRH

“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti

Yeniləşən Akademiyada rəqəmsallaşma üzrə müavinlərin seçilməsinə dair müsahibə təşkil olunub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar VİDEO

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın canlanması Heydər Əliyev ideyalarının təntənəsidir ŞƏRH

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib VİDEO

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu VİDEO

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

Liderliyin Heydər Əliyev zirvəsi

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Praqa hava limanında dron insidenti uçuşları pozub

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Sabunçuda Ulu Öndərin doğum günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Xalqımızın qəlbində yaşayan əbədi lider

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sabah hava əsasən yağmursuz olacaq

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Türkiyədə Azərbaycan Kino Günləri davam edir VİDEO

Türkiyədə Azərbaycan Kino Günləri davam edir VİDEO