Misirdə koronavirusdan ölənlərin sayı 164 nəfərə çatıb
Qahirə, 14 aprel, AZƏRTAC
Misirdə koronavirusdan ölənlərin sayı 164 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada xəstəlikdən 5 nəfər dünyasını dəyişib. Bu, son doqquz gün ərzində qeydə alınan ən aşağı rəqəmdir.
Səhiyyə Nazirliyi bildirib ki, aprelin 13-də ölkədə koronavirusa 125 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 2199 nəfərə çatıb.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 41 xəstə tam müalicə olunaraq evə buraxılıb. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 488 koronavirus xəstəsi tam sağalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]