Monitorinq zamanı dublyajların dilində çox sayda qrammatik norma pozuntuları aşkarlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Apardığımız monitorinqə televiziya kanallarında yayımlanan dublyaj filmləri cəlb olunub. Monitorinq bədii film, sənədli film, teleseriallar və cizgi filmlərində səsləndirilən dil faktlarının toplanması və onların təhlili nəticəsində gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva “Dublyajların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı söyləyib.
“Faktların təhlili zamanı çox sayda qrammatik norma pozuntularına rast gəlmişik. Eyni zamanda, ifadə yanlışlıqlarına, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib. Qeydə alınan min dil faktından 846-sı hesabata daxil edilib. Onlardan 246-sı orfoepik, yeddisi orfoqrafik, 140-ı leksik, 82-si qrammatik norma pozuntusu, 370-i isə üslub və ifadə səhvidir. Qeyd edim ki, təkrar səhvlər hesabata daxil edilməyib, yalnız səciyyəvi dil faktları üstünlük təşkil edir”, - deyə Günel Hacıyeva bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]