MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTU MƏZUNLARINA DİPLOMLAR TƏQDİM EDİLMİŞDİR
Mərasimdə Rusiya Prezidenti İcra Aparatının başçısı S.Sobyanin, xarici işlər nazirinin birinci müavini A.Denisov, ali məktəbin professor-müəllim heyəti, xarici ölkələrin Moskvadakı səfirləri iştirak edirdilər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu diplomatik korpusun nümayəndələri adından çıxış edərək, gənclərimizə bu mötəbər ali məktəbdə təhsil almaq imkanı yaratdıqları üçün Rusiya Prezidenti Vladimir Putinə, RF XİN-in və institutun rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, MDBMİ-nin bir çox məzunları yüksək dövlət vəzifələri tuturlar. Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-nin məzunu və fəxri doktorudur.
Azərbaycan səfiri diplomların təqdim olunmasından sonra məzunlarımızla görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
S.Sobyanin öz çıxışında bildirmişdir ki, Prezident V.Putinin sərəncamı ilə MDB ölkələrindən tələbələrin bu ali məktəbdə təhsil almaları üçün kvotanı artırmaq barədə qərar qəbul olunmuşdur.