MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 8-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri K.Kratki və Z.Feç, həmçinin ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik, onun səhra köməkçiləri Y.Şarov və Y.Repa, həmçinin ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi keçirəcəklər.
X X X
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 7-dən 9-dək London şəhərində (Böyük Britaniya) “Fövqəladə halların idarə olunması” mövzusunda seminar, oktyabrın 7-dən 11-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) NATO maliyyə təlim qrupunun 56-cı görüşü, oktyabrın 7-dən 17-dək Aaxen şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun maddi-texniki təminat üzrə 58-ci kursu, oktyabrın 7-dən 21-dək Ankara şəhərində (Türkiyə Respublikası) NATO-nun taktiki mülki-hərbi əməkdaşlıq kursu, oktyabrın 7-dən 25-dək Kayseri şəhərində (Türkiyə Respublikası) təməl paraşüt kursu, oktyabrın 8-dən 10-dək Portsmut şəhərində (Amerika Birləşmiş Ştatları) “Kooperativ Osprey-03” təliminin əsas planlaşdırma konfransı və oktyabrın 8-dən 11-dək Poyana Braşov şəhərində (Rumıniya) NATO-nun Mülki Müdafiə Komitəsinin payız sessiyası keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.