Muğam Mərkəzində “Muğam. Nəsillərdən-nəsillərə” adlı yeni layihənin təqdimatı olub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30 -da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən-nəsillərə” adlı yeni layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin yeni layihəsinin əsas məqsədi gənc ifaçılara dəstək göstərməkdir.
Layihənin ilk solo ifaçısı xanəndə Malik Həsənov eyni səhnəni Əməkdar artist Firuz Səxavət və Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı ilə bölüşüb.
Gecədə ifaçıları Rövşən Qurbanovun müşayiəti ilə “Buta” ansamblı müşayiət edib.
Mədəniyyət, elm, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert maraqla qarşılanıb.