Müharibə Suriyanın neft sektoruna 17,7 milyard dollar ziyan vurmuşdur
Bakı, 15 noyabr (AZƏRTAC). Suriyada hökumət qüvvələri Dəməşq ətrafında müxaliflərin nəzarətində olan daha bir qəsəbəni ələ keçirmişlər.
“Əl-Cəzirə” kanalının məlumatına görə, müxalifət silahlıları isə Quneytra şəhəri yaxınlığında hökumət qüvvələrinə məxsus hərbi hissəni nəzarətə götürmüşlər. Eyni zamanda Hələbdə tərəflər arasında gərgin qarşıdurmalar qeydə alınmışdır. Burada hökumət qüvvələrinin 60 əsgərini itirdiyi bildirilir. Bundan əlavə, Dəməşqdə 3 avtomobilin partladılması nəticəsində onlarla hərbçi həyatını itirmişdir.
Rəsmi statistikaya görə, Suriya münaqişəsi ölkənin neft sektoruna 17,7 milyard dollar ziyan vurmuşdur. Münaqişədən əvvəlki dövrlə müqayisədə bu ilin birinci yarısında neft istehsalı 90 faiz geriləmişdir. Əgər 2011-ci ilin martınadək gündəlik hasilat 380 min barel idisə, hazırda bu rəqəm 39 min barelə enmişdir. Hökumət bunu neft yataqlarının olduğu ərazilərdə təhlükəsizliyin təmin olunmaması, yanğınlar törədilməsi, həmçinin Avropa dövlətləri və ABŞ-ın Suriya neftinə sanksiyası ilə əlaqələndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]