MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
İyulun 11-də “Abşeron” rəsm qalereyasında BMT Əhali Fondunun təşkil etdiyi “Gənclərin sağlamlığı” uşaq sərgi-müsabiqəsinə yekun vurulmuşdur. Qalereyadan bildirmişlər ki, müsabiqəyə 5-18 yaşlı iştirakçıların 200-ə yaxın işi təqdim olunmuşdur. Münsiflər heyəti son mərhələdə sərgilənmək üçün onlardan yalnız 100-nə üstünlük vermişdir. 4 yaş qrupunda (5-8, 8-12, 13-15, 16-18) qaliblər müəyyənləşdirilmişdir. Azyaşlı rəssamlar arasında “Günəşin övladları” əsərinin müəllifi Günay Bəylərova, ikinci qrup üzrə “Azərreyl” voleybol komandası” qrafik kompozisiyasına görə Nigar İbrahimova, 3-cü yaş qrupunda “Küçə” əsərinə görə Nəzrin Rəcəbova birinci olmuşlar. 4-cü qrup üzrə müsabiqə iştirakçılarına münsiflər heyəti daha tələbkarlıqla yanaşmışlar. Onların arasından qalib adına heç kim layiq görülməmişdir. Münsiflər heyətinin rəyinə görə sərgiyə təqdim olunan əsərlərin ümumi səviyyəsi ötən illərdəkinə nisbətən daha yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]