RƏSMİ XRONİKA
MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ ONKOLOQLARI VƏRADİOLOQLARININ DÖRDÜNCÜ QURULTAYININİŞTİRAKÇILARINA
Sizi Azərbaycan Respublikasının paytaxtında ürəkdən salamlayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, qurultay ölkələrimizdə tibb elminin və səhiyyənin daha da inkişaf etməsinə sanballı töhfəsini verəcəkdir. Qurultayın Bakıda keçirilməsi Birlik dövlətlərinin vahid elmi məkanının qorunub saxlanması üçün sizin Azərbaycan Milli Onkologiya Mərkəzi ilə uğurlu əməkdaşlığınızın nəticəsi hesab edilir.
Hazırda bəşəriyyət dünyada baş verən qlobal texnogen və ekoloji dəyişikliklərin mənfi nəticələri ilə qarşılaşmışdır. Bütün bunlar onkoloji xəstəliklərin dinamikasına da öz təsirini göstərmişdir.
Müasir təbabət bu dəhşətli xəstəliyin müalicəsi yolları və üsullarını axtarıb tapmaq üçün geniş imkanlara malikdir. Hazırda dövlətimiz təsirli sosial siyasətin həyata keçirilməsinə hər cür lazımi şərait yaradır. Səhiyyə sahəsində dövlət siyasəti getdikcə daha effektli şəkil alır, həm müalicə problemlərinin səmərəli həllinə, həm də onkoloji xəstələrə zəruri sosial yardım göstərilməsinə yönəldilir.
Tibb aləmində onkoloqlar həmişə xüsusi yer tutmuşlar. Cəmiyyət insana yalnız fiziki sağlamlığın qaytarılmasına deyil, həm də özündə xeyirxahlıq və ədalət, inam və ümid hissi aşılamağa xidmət edən fədakar əməyinizi son dərəcə yüksək qiymətləndirmişdir.
Sizə bu nəcib işinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2006-cı il.