MÜSTƏQİLLİK ADI ALTINDA HƏR HANSI RESPUBLİKA YARADILMASI YOLVERİLMƏZDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci günündə Gürcüstanda yaranmış vəziyyət müzakirə olunmuşdur. Əvvəlcə həmməruzəçilər Lük Van der Brande və Matias Erşönün hesabatları dinlənilmişdir. Məruzə ətrafında çıxış edən deputatlar dünyanın qaynar nöqtələri arasında Cənubi Qafqaz bölgəsindəki münaqişələrin daha həssas olduğunu vurğulamış, Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının regionda vəziyyəti daha da ağırlaşdıracağını qeyd etmişlər. Bildirilmişdir ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınması Avropa Şurasının əsas prioritetlərindəndir. Münaqişənin silah gücünə həlli təşkilatın prinsiplərinə ziddir və ölkə daxilində müstəqillik adı altında hər hansı respublika yaradılması yolverilməzdir.
Kiprin yunan icmasının lideri Demetris Xristofias sessiyadakı çıxışında adanın yunan və türk icmaları arasındakı münasibətlərdə yaxınlaşma olduğunu, Bosniya-Herseqovina prezidenti Hilas Silajdciç ölkəsinin Avropa Şurası ailəsində layiqli yer tutduğunu, öhdəliklərin yerinə yetirilməsində, insan haqlarının qorunmasında müəyyən uğurlar əldə edildiyini bildirmişlər.
Sonda Nazirlər Komitəsinin sədi, İsveçin xarici işlər üzrə Dövlət katibi Frank Belfraj sessiyalararası müddətdə görülmüş işlərdən danışmış, deputatların suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:45]
İran xam neft ixracına başlayıb
- 17.06.2026 [11:28]
Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir
- 17.06.2026 [11:17]
Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir
- 17.06.2026 [10:49]
Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
- 17.06.2026 [10:31]
“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq
- 17.06.2026 [10:20]
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]