Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütərəqqi inkişaf strategiyası ötən il Naxçıvanda qətiyyətlə reallaşdırılıb

Naxçıvan, 1 fevral, AZƏRTAC

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin strateji kursuna əsaslanan praqmatik siyasətin reallaşdırılması iqtisadi yüksəlişin davamlı xarakter almasına yol açıb, yüksək meyarlara cavab verən gələcəyin təmin edilməsi istiqamətində möhkəm sosial-iqtisadi baza formalaşdırıb. Dövlət başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyası qədim diyarda əməli işdə nümunəvi şəkildə özünü göstərir, hər bir sakinin rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşdırılması, muxtar respublikanın hər bir bölgəsinin potensialından tam və səmərəli istifadə olunması, inkişafının tarazlaşdırılması, sahibkarlara dəstək verilməsi və çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması istiqamətində ciddi siyasi iradə, qətiyyət və mətin əzmkarlıq nümayiş etdirilir. İnfrastruktur daim gücləndirilir, gəlir gətirən sektorların təşviqi çərçivəsində ailə təsərrüfatları dəstəklənir, alternativ fəaliyyət sahələri yaradılır. Bu baxımdan “Ailə təsərrüfatları ili”ndə həm də muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan həmin ili böyük uğurlarla başa vurub.

Gündən-günə gözəlləşən Naxçıvan

Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq görülən işlər nəticəsində 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilib. Qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, kəndləri də abadlaşdırılıb, müasir görkəm alıb, kənd yerlərində şəhər rahatlığı yaradılıb.

Ordubad rayonun Dəstə kəndi isə ötən ilin ilk abadlaşan yaşayış məntəqəsi olub. Burada müasir məktəb, kənd və xidmət mərkəzi, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol tikilib, içməli su xətti çəkilib, mənzillər telefonlaşdırılıb, geniş abadlıq işləri aparılıb. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin obyektlərin açılışında iştirak edib.

Onu da qeyd edək ki, muxtar respublikanın yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq, 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilib. Bundan əlavə, muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması, həmçinin Ordubad rayonunda dövlət qurumları üçün inzibati binanın və Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması başa çatdırılıb. 2019-cu ildə Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Türkeş kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılaraq istifadəyə verilib. Bütün bunlar doğma diyarımızda insan amilinə verilən yüksək qiymətin təzahürüdür. Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm bu yaşayış məntəqələrinin timsalında muxtar respublikamızın, ölkəmizin sürətli inkişafının göstəricisidir.

Muxtar respublikada iqtisadi inkişafın əsas göstəricisi sayılan yol infrastrukturu quruculuğuna da xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb. Həmin sərəncama uyğun olaraq Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.

Yanvarın 14-də Ali Məclisin Sədri həmin yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb, tikinti işləri aparılarkən ərazinin relyefinin nəzərə alınması, eləcə də keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar verib.

İcbari tibbi sığorta tətbiq edilir

Muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Səhiyyənin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, müalicə üçün başqa yerlərə gedən xəstələrin sayında kəskin azalma var. İnsanlar muxtar respublikanın səhiyyə müəssisələrinə və həkimlərinə etibar edirlər. Bütün bunlar isə imkan verir ki, səhiyyə sahəsində lazımi işlər həyata keçirilsin. İcbari tibbi sığortanın tətbiqi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Ötən il yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən müşavirədə bu məsələlər xüsusi qeyd olunub. Ali Məclisin Sədri deyib ki, Şərur rayonunda həyata keçirilən tədbirlər, Uşaq Xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə imkan verəcəkdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq 2017-ci il iyulun 1-dən Sədərək, 2019-cu il iyunun 1-dən Şərur, avqustun 1-dən Kəngərli, noyabrın 1-dən Şahbuz, 2020-ci il yanvarın 1-dən isə Ordubad və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Tarixi nailiyyətimiz olan muxtariyyətin 95-ci ildönümü qeyd edilib

Ötən il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam oldu. Nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirilən Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb.

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub. Tədbirdə çıxış edən Ali Məclis Sədrinin vurğuladığı kimi, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Qeyd etmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılıb, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilib. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

Ali Məclisin Sədri tarixi gündə muxtariyyətin və torpaqlarımızın müdafiəsində şəhid olanları yad edib, sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, tədbir iştirakçılarını muxtariyyət günü münasibətilə təbrik edib, çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Muxtar respublikada sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir

Muxtar respublikada bütün sahələrlə yanaşı, sahibkarlığın da inkişafına xüsusi diqqət yetirilir. Mövcud şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub.

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Ali Məclis Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib.

Tədbirdə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova “Caspian European Club”un mükafatını təqdim edib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib, Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

Yaradılmasının 15 illiyini qeyd edən Kəngərli rayonunun bütün yaşayış məntəqələri abadlaşdırılıb

Ötən ilin mart ayında muxtariyyət tariximizin müstəqillik dövrünün böyük quruculuq salnamələrindən olan Kəngərli rayonunun yaranmasının 15 ili tamam oldu. Davamlı dövlət qayğısı və hər bir sakininin əməyi nəticəsində bu müddətdə rayonda əhəmiyyətli nailiyyətlər əldə olunub, inkişaf təmin edilib. Ötən dövrdə rayonun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatmasıdır. Bundan başqa, rayonda sənaye məhsulu 16, kənd təsərrüfatı məhsulu 7, investisiya qoyuluşu 50, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artıb. Bir vaxt boş çöllərdən ibarət olan bu ərazilər indi şəhər görkəminə qovuşub. Ötən dövrdə Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşıb, inzibati binalar tikilib, yeni yollar, körpülər salınıb, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib.

Müasir Kəngərli Azərbaycan dövlətinin bir rayonun timsalında iqtisadi gücünün və sosial dayanıqlığının, insan amilinə hərtərəfli qayğısının göstəricisidir. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbədən və 48 mənzildən ibarət yaşayış binası da insan amilinə, əhalinin firavan yaşamasına verilən dəyərin ifadəsidir.

Martın 7-də Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri deyib: “Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir...”

Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür edib və əminliyini bildirib ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir.

İnnovasiyayönümlü inkişaf ön plandadır

Naxçıvan Muxtar Respublikası bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, həmçinin elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində daha böyük nailiyyətlərin əldə olunmasıdır. Bunun üçün ciddi yetişmiş gəncliyə, ciddi kadr potensialına həmişə ehtiyac vardır. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli sərəncamları elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının reallaşdırılmasına, kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasına yol açıb.

Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə də bu məsələlər qeyd olunub, müvafiq tapşırıqlar verilib.

Naxçıvan beynəlxalq şahmat mərkəzlərindən birinə çevrilib

Rəqəmsal və vizual informasiyaya əsaslanan şahmat oyunu zamanı qiymətli intellektual qidalanma qazanılır, təfəkkür, emosional dözümlülük və iradə inkişaf edir, düşünmə qabiliyyəti artır, intizam möhkəmlənir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət, ümumtəhsil məktəblərində şahmat fənninin tədris olunması intellektual səviyyəli gənc nəslin formalaşmasına öz təsirini göstərir. Bu gün diyarımızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti örnək, nümunə kimi qəbul edilir. Muxtar respublikada hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə qazandırır. Bu həm də qlobal idman arenasında uğurlu nəticələri ilə diqqəti cəlb edən, beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanın tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

Ötən il mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak ediblər.

Ali Məclisin Sədri tədbirdəki çıxışında deyib: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası, bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər”.

Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin gücləndirilməsi perspektivli şahmatçıların üzə çıxarılmasına öz töhfəsini verir. Bu baxımdan ötən ilin may ayında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilməsi Naxçıvanda şahmatın yeni mərhələdə inkişafına yol açacaqdır.

Duzdağ Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilib

Naxçıvan Muxtar Respublikasının həyatında Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərib, kollektiv formalaşıb. Ötən illərdə mərkəz yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilib. 50 çarpayı ilə fəaliyyətə başlayan səhiyyə müəssisəsində hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə muxtar respublikanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Duzdağ Fizioterapiya Mərkəzi artıq muxtar respublikanın brendinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb, fəxri adları və nişanları təqdim edib.

Sarsılmaz qardaşlıq

Bu gün mühüm strateji tərəfdaş olan, eyni tarixə, eyni dilə, eyni dinə mənsub olan Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr sürətlə inkişaf edir. Ölkələrimiz arasındakı sarsılmaz əsaslara söykənən bu münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib. Ötən il iyun ayında Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərir.

İyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib.

İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Ali Məclisin Sədri əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib. Sonra təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvanda bütün sahələrdə yeniliklərin və inkişafın əldə olunması günün reallığıdır

2019-cu ilin ilk 6 ayı muxtar respublikanın sosial-iqtisadi, ictimai həyatında mühüm hadisələrlə yadda qalıb. Bu dövrdə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 278 milyon 115 min manat olub. Bu dövrdə muxtar respublikada tikinti və yenidənqurmadan sonra, ümumilikdə, 67 obyekt istifadəyə verilib. 157 obyektin tikintisi və ya yenidən qurulması isə davam etdirilir. Bəhs olunan dövrdə muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir.

Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi təmin olunub

Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqlarımızın və mənafelərimizin keşiyində layiqincə dayanan, muxtar respublikamızın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatçıları kimi çıxış edən əhəmiyyətli dövlət orqanlarıdır. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərsələr də, bu gün onların fəaliyyətinin təşkili və maddi-texniki bazalarının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada təhlükəsizlik təmin olunub.

Bu gün xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətinin daha da genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. İyulun 9-da Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə də bu məsələlərin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir.

Dövlətin təhlükəsizliyinin əsasında dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında da əsas məqsəd dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ-hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Komissiyanın yaradılması bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir.

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyəti barədə keçirilən müşavirədəki çıxışında bu məqamları diqqətə çatdıran Ali Məclisin Sədri həmin komissiyanın fəaliyyət istiqamətləri barədə müvafiq tapşırıqlar verib.

1969-cu ildən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu ölkəmizə və muxtar respublikaya yeni həyat bəxş edib

Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin Vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi ötən il ölkəmizdə, o cümlədən muxtar respublikamızda mühüm tarixi hadisə kimi müxtəlif tədbirlərlə qeyd olunub. Bu çərçivədə iyulun 10-da ölkəmizin 50 fəal gəncinin iştirakı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı keçirilib.

Həmin gün Ali Məclisin Sədri “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb.

Ali Məclisin Sədri gəncləri salamlayıb, səfərin təşkilatçılarına təşəkkürünü bildirib, geniş məzmunlu çıxışında böyük ömrün Azərbaycan naminə fəaliyyətini altı mühüm mərhələ üzrə ətraflı təhlil edib. Görüşdə Ali Məclisin Sədri gənclərin suallarını cavablandırıb, Naxçıvanın qədim tarixinin öyrənilməsi və müasir inkişafının təmin olunması sahəsində görülən işlər barədə onlara ətraflı məlumat verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Ali Məclisin Sədri tədbirdə çıxış edib.

Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Müstəqil və qüdrətli Azərbaycan naminə - 50 il” filmi nümayiş olunduqdan sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.

Uğurlu təhsil və elm siyasəti öz nəticələrini verir

Aparılan təhlillər bir daha sübut edir ki, dünyanın hər bir yerində ölkənin inkişafının yeni mərhələsi təhsillə üzvi şəkildə bağlıdır. Çünki təhsil fərdləri müasir dövrün çoxşaxəli çağırışlarına hazırlayır, verdiyi əsaslı bilik və bacarıqlarla onların arzu və amallarını həyata keçirmələrinə yol açır, cəmiyyət həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir. Bu mənada, əminliklə demək olar ki, təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi ölkənin, diyarın siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Sevindirici haldır ki, bu məsələlər Naxçıvanda xüsusilə diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin sayı ildən-ilə daha da artır. Ötən il avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə də bu məsələlər qeyd olunub.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, Azərbaycançılıq ideologiyasına, milli dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıb.

Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanları ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlar Komissiyasının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, ötən il isə Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmin inkişafında yeni mərhələnin əsasını qoyub.

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə çıxış edən Ali Məclisin Sədri dövlətin sosial-iqtisadi qüdrətinin, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, cəmiyyətin mədəni tərəqqisinin və xalqın rifahının elmin inkişaf səviyyəsi ilə birbaşa bağlı olduğunu vurğulayıb, bu istiqamətdə görüləcək kompleks işlərlə bağlı müvafiq tapşırıqlar verib.

Muxtar respublikada həyata keçirilən uğurlu təhsil strategiyası nəticəsində təhsilin müasir inkişafı təmin edilib, güclü intellektual və kadr potensialı yaradılıb. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olub.

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri təhsilin yeni mərhələdə inkişafını təmin etmək üçün müvafiq tapşırıqlar verib.

Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflər müəyyənləşdirilir

Muxtar respublikamız kəskin kontinental iqlimə malik olduğuna görə burada payız-qış mövsümünə hazırlıq böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır, bütün sahələrdə qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması, inkişaf proseslərinin davamlı xarakter alması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların qışa hazırlığı mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir.

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub.

Naxçıvan mətbuatı heç vaxt bugünkü qədər dövlət qayğısı ilə əhatə olunmayıb

2019-cu il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fondun nizamnaməsi və müşahidə şurasının üzvləri təsdiq olunub. Muxtar respublikada mediaya dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcək belə bir mühüm dövlət qurumunun yaradılması Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqətin növbəti nümunəsi kimi diqqəti cəlb edir. Bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlərin formalaşdırılması qədim diyarda ictimai nəzarət funksiyasını uğurla yerinə yetirən medianın informasiya cəmiyyətinin formalaşmasında, mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını daha da sürətləndirəcəkdir.

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilib.

Ali Məclisin Sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvləri və media nümayəndələri tərəfindən səsləndirilən təkliflərin nəzərə alınması və icrası barədə tapşırıqlar verib, kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrdən ətraflı bəhs edib. Ulu öndər Heydər Əliyevin “Hər bir kütləvi informasiya vasitəsi müstəqil dövlət, vətəndaş cəmiyyəti quruculuğu, milli və dünyəvi dəyərlərin bərqərar olunması, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsi prosesində effektiv iştirak etməli, həyatın güzgüsü, həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə çağırmalı və səfərbər etməlidir”, - fikirlərini diqqətə çatdıran Ali Məclisin Sədri bu yolda kütləvi informasiya vasitələrinin əməkdaşlarına uğurlar arzulayıb.

Reallıqdır ki, Naxçıvan mətbuatı heç vaxt bugünkü qədər dövlət qayğısı ilə əhatə olunmayıb. Eləcə də dünyanın heç bir ölkəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında olduğu qədər mətbuata xüsusi diqqət mövcud deyil. Heydər Əliyev siyasi məktəbinin layiqli məzunlarının ortaq xüsusiyyətləri ondan ibarətdir ki, Ulu Öndərimiz kimi, onlar da jurnalistlərin bütün qayğılarının həllinə çalışırlar. Muxtar respublikada da məhz belədir. Ali Məclis Sədrinin kütləvi informasiya vasitələri nümayəndələri ilə növbəti görüşü bu baxımdan yaddaqalan olub.

Festivallar şəhəri Naxçıvan

Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksəkkeyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 74 mindən çoxdur. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahədə də uğurlu nəticələrin əldə edilməsinə şərait yaradıb. Hər il Naxçıvan şəhərində “Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi arıçılar üçün geniş imkanlar açır.

Sentyabrın 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti festival keçirilib. Festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb.

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib edilib, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırıb.

Görülən işlərin davamı olaraq, ötən il noyabrın 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb.

Ali Məclisin Sədri festivalda ailə təsərrüfatı sahibləri ilə söhbət edib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi barədə tapşırıqlar verib.

Qardaş ölkə ilə mədəni-ticarət əlaqələr genişlənir

Muxtar respublikada bütün sahələrdə əldə edilən nailiyyətlər qardaş Türkiyə ilə iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə də əsaslı zəmin yaradıb.

Noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.

İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Dekabrın 6-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin nümunə gücündə olduğunu diqqətə çatdırıb, nümayəndə heyətinin səfərinin Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Dövlətimizin başçısı Naxçıvanın davamlı inkişafına xüsusi diqqət yetirir

Ulu Öndərimizin düşünülmüş və uzaqgörən siyasətində blokada vəziyyətində yaşayan Naxçıvana diqqət və qayğı həmişə üstün yer tutub, dahi şəxsiyyət siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin ötən il noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı məsələlərinin xüsusi vurğulaması bir daha onu göstərir ki, ölkə rəhbəri bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunması məsələsində də dahi şəxsiyyətin siyasi kursuna sadiqdir.

Dövlət başçısı qeyd edib, çətin coğrafi vəziyyəti nəzərə alınaraq bu gün, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, muxtar respublikada hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Günnüt zəfəri bir daha Əlahiddə Ümumqoşun Ordunun yüksək döyüş qabiliyyətinə malik olduğunu sübut edib. Blokada vəziyyətində olan diyarımızın enerji və ərzaq təhlükəsizliyi də hərbi məsələlər qədər əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Onlardan da 6-sı bərpaolunan enerji sistemləridir. “Bu, doğrudan da tarixi nailiyyətdir”, - deyən dövlətimizin başçısı bunun muxtar respublikanın təhlükəsizlik məsələsi olduğunu da vurğulayıb.

İnfrastruktur quruculuğu sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyi Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində də tarixi nailiyyət əldə edilib. Diyarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi, qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə reallaşdırılan tədbirlərin davamıdır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi, 2003-cü ildə muxtar respublikada 39 min hektar sahə əkinəyararlı torpaqlar idisə, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsindən, yeraltı suvarma şəbəkələri qurulmasından sonra bu gün həmin rəqəm artıq 62 min hektara çatıb. Bu, muxtar respublikanın özünü ərzaqla tam təmin etməsinə şərait yaradır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı mühüm siyasi qüvvə kimi formalaşıb

Ümummilli siyasi qüvvə kimi tarixi qanunauyğunluqdan doğaraq dövlətçiliyin keşiyində dayanan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət kimi təməl prinsiplərə söykənərək uzun illərdir, ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafını təmin edir. Məhz buna görədir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı mühüm siyasi qüvvə kimi formalaşıb, sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli zənginləşib. Bununla belə uğurun son həddi yoxdur. Yeni-yeni uğurlara nail olmaq üçün isə konkret vəzifələrin müəyyənləşdirilməsi vacibdir

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.

Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanda tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2019-cu il 2 avqust tarixli “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, bununla bağlı Tədbirlər Planın təsdiq edilməsi, noyabrın 30-da isə Ali Məclis Sədrinin iştirakı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsidir.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatının olması muzey işçilərinin fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bir daha göstərir.

İslami dəyərlərə böyük hörmətin nümunəsi

Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkan kimi şöhrət qazanan Naxçıvanda bu gün ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli və mənəvi dəyərlərimiz yaşadılır, təbliğ olunur. Bu, Azərbaycanın qədim dövlətçilik ənənələrinin saxlanc yeri olan Nuh yurdunun həm də qədim sivilizasiyanın beşiyi və tarixən İslam mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olması, müsəlman intibahının yaranmasında önəmli rol oynaması ilə əlaqədardır.

Bu mənada ötən il dekabrın 4-də İslamın qədim mərkəzlərindən biri olan və İslam dininin olduğu kimi qorunub yaşadıldığı müqəddəs diyarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət daşıyır.

Dekabrın 4-də qədim Naxçıvanda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Allahşükür Paşazadə Həzrətlərini yubileyləri münasibəti ilə təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb. Ali Məclis Sədri “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley xatirə qızıl medalını Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.

Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına yol açır

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı hər il yeni yüksəliş mərhələsinə qədəm qoyur. Artıq tarixə qovuşan 2019-cu ilin müxtəlif sahələr üzrə göstəriciləri də bundan əvvəlki illərin göstəricilərindən xeyli yüksəkdir. Ötən il dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali birinci sessiyasında da qeyd olunduğu kimi, muxtar respublikada mövcud potensialdan istifadə edilməklə yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaradıb. 2019-cu ildə ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manat olub ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,9 faiz təşkil edib.

Ötən ayın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Ali Məclisin Sədri 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib, seçki prosesinin gedişi ilə maraqlanıb.

Qətiyyətlə deyə bilərik ki, muxtar respublikada aparılan məqsədyönlü siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb. Ötən il əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Bu baxımdan Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük uğur və nailiyyətlərlə qarşılayıb. Qazanılan bütün bu uğurlar ulu öndərimiz Heydər Əliyevin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasındakı çıxışında dediyi kimi: “Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH