Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın Şahmat Federasiyası Kəngərli rayonunda görüş keçirib

Kəngərli, 12 mart, AZƏRTAC

Martın 12-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun xəbərinə görə, Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Kəngərli muxtar respublikada ən gənc rayon olmasına baxmayaraq, bu gün burada insanların rahat yaşaması və asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Bu günlərdə yeni yaşayış binasının sakinlərin istifadəsinə verilməsi Kəngərli rayonuna göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunub ki, Şahmat Federasiyası hər ay muxtar respublikanın bir rayonunda valideynlər, şahmatçılar və müəllimlərlə görüş keçirir. Məqsəd onların problemlərini, təkliflərini dinləmək, şahmatın inkişafı üçün lazım olan köməkliyi göstərməkdir. Federasiyanın Gənclər və İdman Nazirliyi, rayon icra hakimiyyətləri ilə birgə tədbirlər planı hazırlanıb, uşaqların şahmata cəlbi yönündə işlər davam etdirilir. Muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb. Lakin buna baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. Bunları aradan qaldırmaq məqsədilə görüşlər təşkil olunur, təkliflər dinlənilir. Kəngərli rayonunda da şahmatın inkişafı üçün hər bir imkan var, müasir standartlara cavab verən Şahmat Məktəbi tikilib. Bundan səmərəli istifadə edilməli və istedadlı uşaqlar üzə çıxarılmalıdır.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində 2015-ci ildə rayonda müasir standartlara cavab verən Şahmat Məktəbi inşa edilib, maddi-texniki baza möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rəhbərliyində dəyişiklikdən sonra bu sahədə xeyli canlanma yaranıb. Artıq cari ildə hazırlanan yeni tədbirlər planına uyğun olaraq bir sıra yarışlar təşkil edilib. Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilib, qarşıya mühüm vəzifələr qoyulub. Kəngərli Rayon İcra Hakimiyyəti də bu məsələni daim diqqətdə saxlayıb, rayonda gənclərin bu sahəyə cəlbi istiqamətində işlər görüb. Etiraf edək ki, işlərimizdə bəzi çatışmazlıqlar var. Çalışacağıq ki, bunları vaxtında aradan qaldıraq və şahmatın Kəngərli rayonunda inkişafına nail olaq.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, əvvəllər rayonlarda şahmatın inkişafı heç də ürəkaçan olmayıb. Lakin Şahmat Federasiyasındakı struktur dəyişikliyi qısa vaxtda bəhrəsini verib. Artıq şəhər və rayonlarda keçirilən yarış və turnirlərin sayı xeyli artıb, eyni zamanda, rayonlarda mütəmadi olaraq görüşlər təşkil olunur. Müzakirələrin aparılması, təkliflərin verilməsi və onların vaxtında öz həllini tapması federasiyanın işinə nə qədər məsuliyyətlə yanaşdığının, muxtar respublikada şahmata, onun inkişafına nə qədər önəm verildiyinin göstəricisidir.

Sonra federasiyanın sədr müavini Emin Hacıyev Kəngərli rayonundakı fəal şahmatçılar haqqında məlumat verib.

Federasiya sədri valideyn və idmançılarla söhbət edib, onların təkliflərini dinləyib. Seymur Talıbov Şərur, Sədərək və Kəngərli rayonları arasında mütəmadi olaraq yarışların təşkili üçün Tədbirlər Planının hazırlanması ilə bağlı tapşırıqlar verib. Vurğulayıb ki, yeni tədris metodları məntiq üzərində qurulub. Uşaqların zehni inkişafında, onların savadlı, istedadlı və sağlam fərd kimi yetişməsində, güclü, iradəli bir insan kimi formalaşmasında şahmatın rolu böyükdür. Uşaqlar şahmata kütləvi şəkildə cəlb olunmalı, buna təkcə oyun kimi yanaşılmamalıdır. Eyni zamanda, yaradılan bu şəraitdən hər kəs istifadə etməlidir, heç kimə məhdudiyyət qoyulmamalıdır.

Daha sonra müəllimlərlə görüşən Şahmat Federasiyasının sədri Seymur Talıbov yaradılan şəraitə baxmayaraq Kəngərli rayonunda şahmatın inkişafı ilə bağlı bəzi çatışmazlıqların olduğunu bildirib. Federasiya sədri deyib ki, keçirilən yarışda rayon komandası 6-cı olub. Bu yaxınlarda Astara şəhərində keçirilən seçmə yarışlarda iştirak edən 28 nəfərlik heyətdə cəmi bir Kəngərli rayon şahmatçısı iştirak edib. Həmin idmançı da yarışda uğur qazana bilməyib. Müəllimlərlə görüşdə məqsəd sizin fikirlərinizi, təkliflərinizi dinləmək, nöqsanların aradan qaldırılması üçün çıxış yolu tapmaqdır. İlin sonunda hər rayonun nəticəsinə baxılacaq. Əgər bizi qane edəcək nəticə olmazsa, o zaman həmin müəllimlərlə işimizə son verəcəyik.

Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikanın bütün orta məktəblərində şahmat dərsləri keçirilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir imkan yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarıb şahmat məktəblərinə cəlb etmək lazımdır. Eyni zamanda, elektron lövhə vasitəsilə digər məktəblərlə yoldaşlıq görüşləri keçirilməlidir. Şərur-Sədərək-Kəngərli rayonları arasında keçiriləcək yarışlar üçün əlavə fond da ayrılacaq. Məqsədimiz uşaqları şahmata cəlb etməkdir. Bu işdə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, istedadlı şahmatçıların yetişdirilməsi qayğısına qalmalıdırlar.

Görüşdə Şahmat Federasiyanın sədr müavini Emin Hacıyev vurğulayıb ki, federasiyanın yeni kitabı işıq üzü görəcək və bütün rayon məktəblərinə paylanılacaqdır.

Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Rauf Heydərov və Qarabağlar kənd tam orta məktəbinin müəllimi Tutu Əhmədova yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Şahmat Federasiyasının sədri Seymur Talıbov deyib ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qeyd olunmuş nöqsanların aradan qaldırılması üçün müəllimlərlə tez-tez görüşlər təşkil ediləcək. Şahmat Məktəbində heç kəsə məhdudiyyət qoyulmamalı, məktəblilərin öz aralarında oyun oynamaları üçün əlavə sinif otaqları hazırlanmalıdır. Cəmiyyətə şahmatı doğmalaşdırmaq lazımdır. Federasiya olaraq biz də keçirilən yarışları, bu cür tədbirləri mətbuatda, sosial şəbəkələrdə işıqlandıraraq şahmatı cəmiyyətə sevdirir, doğmalaşdırırıq. Çünki muxtar respublika rəhbəri tərəfindən idmana hər zaman diqqət, qayğı göstərilir.

Görüşdən sonra federasiya sədri Şahmat Məktəbinin şəraiti ilə tanış olub, tapşırıqlarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır