“NADİR ŞAH”...LƏNKƏRANDAN QAYITMIŞDIR
Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi Lənkəran rayonundan qastrol səfərindən qayıtmışdır. Teatrdan müxbirimizə demişlər ki, qastrol zamanı teatrsevərlər böyük Azərbaycan yazıçısı və dramaturqu Nəriman Nərimanovun “Nadir şah” tarixi dram əsərinin tamaşasına baxmışlar. Rejissor Ələkbər Kazımovskinin quruluş verdiyi tamaşada xalq artisti Muxtar Avşarov (Cavad xan), əməkdar artistlər Azad Şükürov (Nadir şah), Esmiralda Şahbazova (Gülcahan), Aydın Əliyev (Mirzə Mehdi xan), Kazım Abdullayev (Şah Təhmas), Əfqan Sultanov (Məhəmməd xan), Şahzadə Babayeva (Ana) və gənc aktyor Elxan Rzayev (Rzaqulu xan) çıxış etmişlər.Lənkəran Dövlət Dram Teatrında və Zabitlər evində üç gün davam edən qastrol səfəri bu cənub şəhərinin mədəni həyatında yaddaqalan hadisəyə çevrilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]