Nağı Səfərov: Gənclərdən ibarət komandada potensiallı taekvondoçular var
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasına (ATF) yenidən prezident seçilən Kəmaləddin Heydərov növbəti 5 il müddətinə quruma rəhbərlik edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Taekvondo Federasiyasına hesabat-seçki konfransından sonra qurumun vitse-prezidenti Nağı Səfərov bildirib.
O, qeyd edib ki, taekvondoçulara hər zaman diqqət və qayğı göstərildiyindən və bu sahədə nailiyyətlər əldə edildiyindən yenidən K.Heydərova etimad göstərilib. Konfransda nizamnaməyə dəyişikliklərin təsdiq edildiyini vurğulayan N.Səfərov ölkəmizdə dünya çempionatını keçirmək istədiklərini bildirib: “Növbəti mötəbər yarışlardan birini Azərbaycanda keçirməyi planlaşdırırıq. Uzun müddətdir ölkəmizdə dünya çempionatı təşkil etmək istəyirdik”.
Vitse-prezident yığma komandanın üzvü Radik İsayevin millidə karyerasını davam etdirəcəyini də təsdiqləyib. O, bildirib ki, idmançı yekun qərarını 2022-ci il dünya çempionatından sonra verəcək.
Gənclərdən ibarət komandada potensiallı taekvondoçuların olduğunu vurğulayan N.Səfərov onlardan gələcəkdə yüksək nəticələr gözlədiklərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]