Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirə bilər
Bakı, 17 fevral, AZƏRTAC
Bakının “Neftçi” klubunun futbolçusu Namiq Ələsgərov Türkiyə komandalarının maraq dairəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, 10 qolla Azərbaycan Premyer Liqasının bombardirlər arasında lider olan yarımmüdafiəçi qardaş ölkənin “Hatayspor” klubuna keçə bilər. Rəhbərlik 26 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Super Liqanın debütantı mövsümün sonunda bununla bağlı “Neftçi” ilə danışıq aparmaq fikrindədir. Futbolçunun müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, keçid üçün “Neftçi”yə kompensasiyanın ödənilməsi lazım gələcək.
Qeyd edək ki, “Hatayspor” Türkiyə çempionatında 25 turdan sonra 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]