Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları

Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları

Bakı, 9 fevral, AZƏRTAC

Nar bitkisinin kökü, meyvələri və digər hissələri zərərli orqanizmlərin təsirinə məruz qaldıqda ziyan çəkir. Həmçinin istehsal olunan nar məhsulunun keyfiyyəti və əmtəəlik qabiliyyəti aşağı düşür. Həmin halların qarşısını almaq üçün nar bitkisini əsasən antraknoz və ya dəmgil, meyvə çürüməsi və ya zitioz və bakterial ləkəlilik xəstəliklərindən qorumaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Tərlan Qorçiyevanın hazırladığı elmi məqalədə bəhs olunur.

Narın antraknoz və ya dəmgil xəstəliyi dünya ölkələrində geniş yayılmış göbələk xəstəliyidir. Bitki ölkəmizdə Gəncə şəhəri, eləcə də Göygöl, Ağdam, Lənkəran və Astara rayonları ərazisində daha çox yayılıb. Xəstəlik nar bitkisinin yarpaq, saplaq, zoğ və yaşıl meyvələrini yoluxdurur. Dəmgil xəstəliyi çiçək kasacığını və meyvənin qabıq hissəsini zədələyir, tünd-qəhvəyi batıq ləkələr əmələ gətirir. Sirayətlənmiş yarpaqlar kiçik, həlqəvi qırmızıyabənzər qəhvəyi və ya açıq çəhrayı ləkələrlə əhatə olunur. Zaman keçdikcə, həmin ləkələr bərkiyir, tünd-qonur və ya tünd-qəhvəyi rəng alır. Daha çox yoluxmuş yarpaqlar saralır və vaxtından əvvəl tökülür. Bununla yanaşı, saplaqların yoluxması da yarpaqların vaxtından əvvəl tökülməsinə səbəb olur. Xəstə zoğlar inkişafdan qalır, bəzən isə tamamilə məhv olur. Meyvələr yetişmənin ilk mərhələlərində xəstəliyə yoluxur. Bu zaman meyvələr cırlaşır, kobudlaşır və partlayır. Bu hal onların saxlanmasını sıfıra endirir. Yetişmə dövrünün ilk vaxtlarında dəmgil xəstəliyinə güclü yoluxan meyvələr tam inkişafdan qalır. Bu səbəbdən bitkilərin xəstəliklərə qarşı davamlılığını artıran kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, nar bağı salarkən seçilmiş ərazinin relyefi, bitkilər və cərgələrarası sıxlıq mütləq şəkildə nəzərə alınmalı, antraknoz əlamətləri olan tinglər məhv edilməli, tingliklərdə sağlam əkin materialının yaradılması üçün aqrotexniki tədbirlər həyata keçirilməli, növbəli əkin sistemi tətbiq olunmalı, alaq otları təmizlənməli, suvarma və gübrələmə prosesləri, həmçinin budama işləri vaxtlı-vaxtında və düzgün aparılmalıdır.

Meyvə çürüməsi və ya zitioz xəstəliyi nar bitkisinin kifayət qədər geniş yayılmış xəstəliklərindən biridir. Həmin xəstəliyə bitkinin becərildiyi bütün rayonların ərazisində rast gəlinir. Bitkinin kökü, gövdəsi, budaqları, yarpaqları, çiçəkləri və meyvələri xəstəliyin təsirinə məruz qalır. Narın meyvə çürüməsi xəstəliyinin yarpaqlarda yaratdığı qəhvəyi rəngli ləkələr onların vaxtından əvvəl saralaraq tökülməsinə səbəb olur. Sirayətlənmiş çiçəklər qəhvəyi və ya tünd-qəhvəyi ləkələrlə örtülür, əksər hallarda çiçəklərin vaxtından əvvəl tökülməsinə gətirib çıxarır. Həmin xəstəliklə meyvənin yoluxması isə əsasən kasacığın sirayətlənməsindən başlayır və bu zaman ləkələr böyüyərək meyvənin qalan hissələrinə keçir. Yoluxmuş nar meyvələrinin üzərində də qəhvəyi rəngli ləkələr əmələ gəlir. Ləkələr iriləşərək meyvəni əhatə edir. Хəstəlik əlaməti olan meyvələr qaralıb çürüyür və zədələnmiş cavan nar meyvələri yerə tökülür. Xəstəliyin törədicisi qışı çürümüş meyvələrdə keçirir. Xəstəlik əsasən, mexaniki zədələnmiş meyvələrdə, rütubətli havada daha sürətlə artır. Həmçinin sirayətlənmiş gövdə oduncağının və kök boğazının qabığı və üst qatları qəhvəyi pas rəngi alaraq çürüyür. Müəyyən zaman keçəndən sonra qabıq çatlayır və soyulur. Yarpaqlarda qəhvəyi pas rəngli nöqtələrə malik olan müqayisə olunacaq dərəcədə iri, qəhvəyi ləkələr əmələ gəlməsi onların vaxtından əvvəl saralaraq tökülməsinə gətirib çıxarır. Xəstəliyin yayılma səbəbi mumyalaşmış meyvələr, yerə tökülmüş yarpaqlar və nar dənələri, eləcə də sirayətlənmiş ağaclardır. Zitioz xəstəliyi narın məhsuldarlığını aşağı salır və bağlara böyük ziyan vurur. Nar plantasiyalarında belə əlamətlərə rast gəldikdə müvafiq fitosanitar tədbirlər aparılmalı, tez-tez təmizlik işləri görülməli, ağacların üzərində olan və ya yerə tökülmüş xəstə və qurumuş meyvələr yığılıb məhv edilməlidir.

Narın bakterial ləkəliliyi xəstəliyi yarpaqlarda 2-5 millimetrə qədər kiçik sarı, açıq qəhvəyi nekrotik ləkələrin əmələ gəlməsi ilə başlayır və bu mərhələdə simptomlar işıqda aydın görünür. Həmin ləkələr zamanla qonşu ləkələrlə birləşir, ləkələr böyüyüb tündləşir və parıltılı olur. Ləkələr getdikcə yarpaq saplaqlarını da yoluxdurur və yarpaqların tökülməsinə səbəb olur. Yarpaqların yoluxub vaxtından əvvəl tökülməsi nəticəsində ağacların qışda dözümlülüyü azalır. Həmçinin fotosintezin pozulması üzvi maddələrin sintezini ləngidir və məhsuldarlığı aşağı salır. Xəstəlik, xüsusilə, 2-5 yaşlı nar ağaclarının qabığının soyulması ilə özünü göstərir. Həmin çatlar 5-7 yaşlı nar ağaclarında dərinləşir və şiddətli yoluxma halında həmin çatlardan intensiv axıntı müşahidə edilir. Meyvələrdə patogenin simptomları əvvəlcə tipik qara ləkələr kimi başlayır və bakterial axıntı bu ləkələri əhatə edir. Sirayətlənmə şiddətləndikcə meyvədə çatlar əmələ gəlir. Belə ağacların yoluxmuş hissələrinin kəsilərək məhv edilməsi məqsədəmüvafiqdir.

Nar bitkisinin xəstəliklərinin vaxtında aşkar edilməsi, yeni nar bağlarının salınması və ümumilikdə bu sahədə kompleks tədbirlərin aparılması ölkədə nara olan daxili tələbatın ödənilməsinə, nar ixracının artırılmasına və narçılıqla bağlı digər sahələrin inkişafına təsir göstərir. Həmin hal bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, hazırda dünyada nar bitkisinin 500-dən artıq sortu məlumdur. Azərbaycanda narın əsasən “Azərbaycan gülöyşəsi” və ya “Qırmızı gülöyşə”, “Çəhrayı gülöyşə”, “Qırmızı qabıq”, “Nazik qabıq”, “Şüvəlan narı”, “Şah nar”, “Şirin nar”, “Qırmızı şirin”, “Ağ şirin”, “Göy nar”, “Zibeydə” və digər sortları var.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib