İQTİSADİYYAT
“Nar” ölkədaxili bütün istiqamətlərə zənglərin qiymətini endirib
Bakı, 18 mart, AZƏRTAC
“Nar” öz abunəçilərinin rahatlığını təmin etmək məqsədilə “Salam” tarifində ölkədaxili bütün istiqamətlərə zənglərin qiymətini endirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Nar” istifadəçiləri abunə haqqı ödəmədən “Salam” tarifində zənglərin 1 dəqiqəsi üçün 3 qəpik ödəyəcəklər. “Salam” tarifinə qoşulmaqla abunəçilər həm də 2 sevimli nömrəni pulsuz əlavə etmək imkanından da yararlana bilərlər. “Nar” sevimli nömrələr arasında danışıq qiymətini də endirib. İndi “Salam” tarifində sevimli nömrələr arasında danışığın 1 dəqiqəsi 1,5 qəpik təşkil edir.
Bu tarifə qoşulmaqla abunəçilər şəbəkə fərqini düşünmədən və abunə haqqı ödəmədən istədikləri qədər rahat danışa biləcəklər. “Salam” tarif planındakı endirimlər iyunun 1-dək davam edəcək.
Tarif haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.