NARKOTİK ALVERÇİLƏRİ TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səbail Rayon Polis İdarəsi 8-ci bölməsinin əməkdaşları Badamdar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyevdən 0,845 qram heroin aşkar edərək götürmüşlər.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Bakıxanov qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Evarist Mirzəbəyovdan 0,215 qram, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rəhim Rəhimovdan 0,523 qram, Rəşad Hüseynovdan 0,216 qram, Xətai Rayon Polis İdarəsi 36-cı bölməsinin əməkdaşları paytaxt sakini, əvvəllər məhkum olunmuş İsmayıl Əliyevdən 0,233 qram, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Faiq Hümbətovdan 1,228 qram, əvvəllər məhkum olunmuş Miriltizam Əhmədovdan 1,560 qram heroin aşkar edərək götürmüşlər.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş İldırım Əhmədovdan 0,978 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Həmid Cəfərovdan 0,659 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]