Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cəzalandırılıb
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 2-də saat 12 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini İlqar Məcidovun idarə etdiyi “JMC” markalı avtomobil manevr qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Məcidov 2 il müddətində sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]
Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək
- 13.10.2026 [12:44]