REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində yeni “Aeroport Taksi” xidməti yaradılıb
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Naxçıvan Beynəlxalq Hava Limanında sakinlərin və muxtar respublikaya gələn qonaqların rahatlığı üçün taksi xidməti müasir tələblər səviyyəsində qurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində yaradılan “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu istiqamətdə göstərilən xidmətin səviyyəsini daha da yüksəldib.
Taksi xidməti 3 “Naz Lifan”, 2 “Fiat Doblo” markalı avtomobil olmaqla, ümumilikdə, 5 taksi ilə təmin edilib. Xüsusi geyim forması və loqosu ilə xidmət edəcək taksilər sərnişinlərin rahatlığı və mənzilbaşına tez çatması üçün hər cür şəraitlə təmin olunub. Gələcəkdə taksi xidmətinin genişləndirilməsi nəzərdə tutulur.