Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə başlanılıb

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, yanvarın 25-dən Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə start verilib.

Naxçıvan Müəllimlər İnstitutundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində pedaqoji və psixoloji işin təşkilinin müasir tələbləri” mövzusunda konfrans keçirilib.

Konfransda İnstitutun rektoru Azad Novruzov çıxış edərək muxtar respublikada təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Naxçıvan Müəllimlər İnstitutu müstəqilliyimizi bərpa etdikdən sonra yaradılıb, daim dövlət qayğısı ilə əhatə olunub. İnstitutda bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikada diplomdan sonrakı təhsilin istiqamətləri üzrə də məqsədyönlü işlər aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq, pedaqoji profilli ixtisaslar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilib, müəllim kadrların hazırlanmasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə sıx əlaqələr yaradılıb, müəllim kadrların ilkin və diplomdan sonrakı təhsilində mühüm müsbət nəticələr əldə olunub.

İnstitutun rektoru bildirib ki, diplomdan sonrakı təhsil prosesində peşəkar və səriştəli müəllim hazırlığında müəllimlərin pedaqoji və psixoloji hazırlığının artırılması günün vacib tələbidir. Müasir müəllimin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmi-metodiki, yaxud təkcə pedaqoji biliklər kifayət etmir. Hər bir müəllim həm də psixopedaqogikanı, pedaqoji psixologiyanı və psixologiyanı mükəmməl bilməlidir. Elmi-nəzəri və pedaqoji biliklərlə yanaşı, psixoloji bilikləri yüksək olan müəllim daha peşəkar müəllim hesab olunur. Elə bu səbəbdən də bir çox klassik pedaqoqlar müəllimin psixoloji biliklərə yiyələnməsinin vacibliyini dəfələrlə vurğulayıb və buna böyük əhəmiyyət veriblər.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada bütün sahələr kimi təhsilin də inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir.

Qeyd olunub ki, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2019-2020-ci tədris ili də uğurlu nəticələrlə yadda qaldı, qəbul imtahanlarında yüksək nəticələr əldə edildi, məzunlardan 236-sı Naxçıvan Müəllimlər İnstitutuna qəbul oldu. Ali Məclis Sədrinin təhsilə, o cümlədən müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz müəllim peşəsinə böyük maraq göstərirlər. Ötən tədris ilində 663 məzunun (onlardan 73-ü 500-700 arası bal toplayıb) pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.

“Son illər muxtar respublikanın təhsil sistemində davamlı şəkildə həyata keçirilən müəllimlərin işə qəbulu imtahanları səriştəli, hazırlıqlı, yüksək motivasiyalı təhsilverənlərin ümumtəhsil müəssisələrinə gəlməsinə imkan verib. Müəllimlərin işə qəbulu prosesinin şəffaflığı, əlçatanlığı və nəticələri təhsil sistemində müsbət inkişaf dinamikasının güclənməsi, rəqabətli təhsil mühitinin formalaşması müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarıb”, - deyən nazir vurğulayıb ki, müəllimlərin peşəkar inkişafının yüksəldilməsi, yaradılmış müasir şəraitdən səmərəli istifadə, müəllimə dövlət qayğısı və zamanın tələbinə uyğun olaraq təhsildə yaranan yeniliklər ixtisasartırmaya ehtiyacın artmasını da zəruri edib. Təlim kurslarının əsas məqsədi müəllimlərə qabaqcıl təhsil sistemi və effektiv sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirməkdir.

Bildirilib ki, ixtisasartırma kurslarında müəllimlərə sadəcə nəzəri biliklərin verilməsi ilə kifayətlənməməli, eyni zamanda, bu nəzəriyyələrin necə tətbiq ediləcəyi, ardıcıl peşə hazırlığının davamlılığının əhəmiyyəti və məktəbdaxili və ya məktəblərarası təcrübə mübadiləsinin mexanizmi də öyrədilməlidir. Təlim kurslarının səmərəliliyini və davamlılığını təmin etmək üçün Naxçıvan Müəllimlər İnstitutu və ümumtəhsil məktəblərinin təcrübələrindən və resurslarından birgə istifadə olunacaq. Nazir bununla yanaşı, hər il ibtidai siniflərdə yeni müəllimlərin işə başlamasını əsas göstərərək bu işin davamlı olaraq aparılmasını vacib sayıb.

Konfransa Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Çapay Quliyev “İbtidai siniflərdə təlimin səmərəliliyinin artırılmasında psixoloji biliklərdən istifadə imkanları”, institutun baş müəllimi Səminə Rüstəmova isə “Pedaqoji prosesin təşkilində İKT-dən istifadənin əhəmiyyəti” mövzusunda çıxış ediblər.

Konfransdan sonra 35 ibtidai sinif müəllimi 5 günlük onlayn təlimə başlayıb.

Qeyd edək ki, təlimlər yanvarın 30-dək davam edəcək. Sonda təlimdə iştirak edən müəllimlər test vasitəsilə qiymətləndiriləcək və onlara sertifikat təqdim olunacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir