Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı uğurlu nəticələrə yol açır - ARAŞDIRMA

Naxçıvan, 9 avqust, AZƏRTAC

Dövlət dəstəyi arıçılığın inkişafını stimullaşdırır

Naxçıvanın təbii-iqlim şəraiti aqrar istehsalın digər sahələri ilə yanaşı, arıçılığın inkişafı üçün də əlverişli imkanlar açır. Təbii resurslarla yanaşı, bu sahəyə dövlət dəstəyinin göstərilməsi nəticəsində arı ailələrinin sayı artırılır, məhsuldarlıq yüksəldilir, bal istehsalı və satışı genişləndirilir. Arıçılıqda məqsəd digər kənd təsərrüfatı sahələrində olduğu kimi ən az xərclə ən yüksək mənfəət əldə edilməsidir.

Naxçıvanda çoxəsrlik tarixə malik olan arıçılıq kompleks yanaşmanı ehtiva edən plan və proqramların təsdiqi, eləcə də dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində görülən işlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Arı ailələrinin çoxaldılmasının stimullaşdırılması, təbii bal məhsulunun istehsalının təşviqi ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada bu sahədə yeni nailiyyətlərin qazanılmasına gətirib çıxarıb. Müasir şəraitdə istehsal olunan məhsulların istehlakçıya çatdırılması, satışının təşkili bütün istehsal sahələrinin ümdə vəzifəsidir. Bu vəzifənin uğurlu həlli nəticəsində istehsal edilən məhsullar tez bir müddətdə realizə olunaraq qazanılan vəsait təkrar istehsala qaytarıla bilir. Belə olan halda, istehsal edilən mallar əldə qalmır, səmərəli fəaliyyət təmin olunur, istehsal həcminin artırılmasına və yeni sahələrin yaradılmasına maraq daha da artır. Hər il keçirilən bal festivalının ənənəvi xarakter alması isə istehsalçıların öz məhsullarını geniş alıcı kütləsinə təqdim etməsi və istehlakçıların çeşidli bal məhsullarına əlçatanlığının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu ilin ikinci rübündə sahibkarlara 997 min 400 manat məbləğində subsidiya ödənilib

Bütün bu işlərin davamlılığının təmin edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Proqramın icrası baxımından cari ilin ikinci rübü arıçılığa dövlət dəstəyinin artaraq davam etməsi ilə yadda qalıb. Belə ki, bu dövrdə muxtar respublikada 5 arıçılıq təsərrüfatına 69 min manat dövlət maliyyə dəstəyi göstərilib. İkinci rübdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, Babək və Şahbuz rayonlarının hər birində 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılıb. Həmçinin proqramın icrasına uyğun olaraq Naxçıvan şəhəri və Babək rayonun hər birində 2, Ordubad və Culfa rayonlarının hər birində isə 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib.

Ailə təsərrüfatçıları ilə mayın 6-da Şahbuz rayonunun Ağbulaq kəndində keçirilən görüşdə “Damazlıq ana arı yetişdirmə təsərrüfatı”, iyunun 22-də Şərur rayonunun Günnüt kəndində keçirilən müşavirədə eyni başlıqlı, eləcə də “Balın emalı və qablaşdırılması sahəsi” mövzulu layihələr təqdim edilib və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

Arıçılığa göstərilən dövlət dəstəyinin mühüm təzahürlərindən biri də hər il qeydiyyata alınan arı ailələri üzrə arıçı sahibkarlara subsidiyaların ödənilməsidir. Subsidiyaların verilməsində məqsəd arı ailələrinin genofondunu qorumaq və arıçılıqla məşğul olan sahibkarların fəaliyyətinin davamlı xarakter almasına nail olmaqdır. Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin 2021-ci il üçün icrası diqqət mərkəzində saxlanılıb. Aprel ayında muxtar respublikada qeydiyyata alınan arı ailələri üzrə 3 min 965 sahibkara, ümumilikdə, 997 min 400 manat məbləğində subsidiyanın ödənilməsi təmin edilib. Hər arı ailəsi üçün 10 manat olmaqla, ödənilən bu vəsait arıçıların arı ailələrinin sayını artırması üçün stimullaşdırıcı xarakter daşıyır.

Naxçıvan arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim şəraitinə və balverən zəngin bitki örtüyünə malikdir

Muxtar respublikanın ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim şəraitinə və balverən zəngin bitki örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhfə verən ekoloji amildir. Arıçılıq kənd təsərrüfatının elə bir sahəsidir ki, onun inkişafı ətraf mühitə mənfi təsir etmir, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da, keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə gətirib çıxarır.

Arıçılığa dövlət qayğısı həm də özünü arı ailələrinin sığortalanması ilə bağlı həyata keçirilən tədbirlərdə büruzə verir. Qeyd etmək lazımdır ki, arıçılıq kənd təsərrüfatının faydalı və gəlirli sahələrindən olsa da, bu istiqamətdə həyata keçirilən fəaliyyətə zərər vura biləcək təhlükəli faktorlar da az deyil. Öncədən proqnoz verilməsi mümkün olmayan təbiət hadisələri, xüsusi təhlükəli ziyanvericilər, müxtəlif yoluxucu xəstəliklər arıçılıq fəaliyyətinə ciddi zərər vura bilər. Sahibkarın təsərrüfatındakı arı ailələrini sığorta etdirməsi onun öz xərclərini zəmanət altına alması deməkdir. Dövlət proqramının icrası məqsədilə ikinci rübdə muxtar respublikada 140 arı ailəsinin sığortalanması bu istiqamətdə işlərin uğurla davam etdirildiyini deməyə əsas verir.

Mum vərəqinin yerli istehsalının təmin olunması arıçılıqda əldə edilən mühüm nailiyyətlərdəndir

Naxçıvanda mum vərəqinin yerli istehsalının təmin olunması arıçılıq sahəsində əldə edilən mühüm nailiyyətlərdəndir. Onu da qeyd etmək lazımdır ki, muxtar respublikada istehsal olunan mum vərəqinin keyfiyyətli olması arıçıların fəaliyyətinin məhsuldarlığına müsbət təsir göstərir. İkinci rübdə Şahbuz şəhərində fəaliyyət göstərən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində 830 kiloqram mum vərəqi istehsal edilib. İstehsal olunan məhsulun 534,5 kiloqramının arıçılara satışının həyata keçirilməsi onu göstərir ki, bu məhsulun yerli istehsal hesabına ərsəyə gətirilməsi sahibkarlar üçün də sərfəli imkanların mövcudluğu deməkdir.

Muxtar respublikada arı xəstəliklərinin qarşısının alınması istiqamətində görülən işlər yerli arı genofondunun mühafizəsi və arıçıların dövlət qayğısı ilə əhatə olunması məqsədi daşıyır. Mütəmadi olaraq laboratoriyalarda arı xəstəlikləri ilə bağlı nümunələrin yoxlanılması baş verə biləcək mənfi halların vaxtında aradan qaldırılması baxımından həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı, istehsal olunan arıçılıq məhsullarının da analizlərə cəlb edilməsi istehlakçılara təklif olunan balın keyfiyyətini yüksəldən başlıca faktor hesab edilir. İkinci rübdə epizootik tədbirlər planına əsasən Amerika və Avropa çürüməsi, eləcə də Varroatoz, Akarapidoz, Nozematoz və digər arı xəstəliklərinə qarşı 15 min 804 nümunə üzərində yoxlama aparılıb, infeksion xəstəlik aşkar edilməyib. Bundan əlavə, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyasında arıçılıq təsərrüfatlarında istehsal olunan təbii bal məhsulundan 4 halda nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini məqsədilə təhlillər aparılıb. Nəticədə, nümunələrin keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Məhsul istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir

İkinci rübdə Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə maarifləndirmə tədbirləri davam etdirilib. Belə ki, bu dövrdə Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Mahmudkənd, Oğlanqala, Günnüt, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Əylis, Culfa rayonunun Ərəfsə, Şahbuz rayonunun Sələsüz kəndlərində və Batabat yaylağında arıçılarla maarifləndirici görüşlər keçirilib. Bu görüşlərdə iştirakçılara arıçılıq məhsullarının istehsalının artırılması üçün xammal bazasının yaradılması məqsədilə yonca, xaşa, şənbəllə, xəşənbül bitkilərinin əkin sahələrinin genişləndirilməsi, bitkilərin vegetasiya müddəti başa çatdıqdan sonra ot biçininin həyata keçirilməsi tövsiyə olunub. Həmçinin aprel-iyun aylarında Babək rayonunun Güznüt, Çeşməbasar, Ordubad rayonunun Bist, Nəsirvaz, Culfa rayonunun Əbrəqunus, Şahbuz rayonunun Qızıl Qışlaq, Biçənək kəndlərində arıçılar və kənd sakinləri arasında arıçılıq təsərrüfatlarının yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan ağac və kolların kəsilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə işi aparılıb.

Muxtar respublikada kənd təsərrüfatının dinamik inkişaf etdiyi hazırkı dövrdə arıçılıq təsərrüfatlarının fəaliyyətinin yüksəldilməsi, məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyinin təmin edilməsi bu sahənin məhsullarına tələbatın tam ödənilməsinə şərait yaradır.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib