NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÜMUMXALQ SƏSVERMƏSİ MÜTƏŞƏKKİLLİK ŞƏRAİTİNDƏ KEÇMİŞDİR
Avqustun 24-də səhər tezdən Naxçıvan Muxtar Respublikasının sakinləri Prezident Heydər Əliyevin Azərbaycanın bu bölgəsinə səfərinin, ictimaiyyətlə keçirdiyi görüşlərin təəssüratı altında dəstə-dəstə referendum məntəqələrinə yollanırdılar.
Naxçıvan şəhərində, Muxtar Respublikanın rayon və kəndlərində ümumxalq səsverməsi yüksək fəallıq şəraitində keçmişdir.
Muxtar Respublikada yaradılmış 5 referendum dairəsindən alınmış məlumatlara görə, saat 15-dək 169 min 292 nəfər ümumxalq səsverməsində iştirak etmişdir. Bu da seçicilərin 78,5 faizini təşkil edir.