Naxçıvan şəhərində su xəttində qəza baş verib
Naxçıvan, 27 may, AZƏRTAC
Bu gün günorta saat 13:15 radələrində Naxçıvan şəhərinin Həzi Aslanov küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində şəhərin H.Aslanov küçəsi döngə 2, 3, 4, 5-də suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Su-kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.