Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan 91 nəfər dövlət qulluqçusu and içib
Naxçıvan, 14 iyul (AZƏRTAC). Naxçıvan şəhərində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən müsabiqəni uğurla başa vurmuş və müvafiq dövlət orqanlarında işə başlamış 91 nəfər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev dövlət qulluqçularını təbrik edərək bildirib ki, müasir dövrdə kadrlarla işin yeni hüquqi bazasını yaratmaq məqsədilə ölkəmizdə, eləcə də muxtar respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Təbii ki, digər sahələr kimi, dövlət qulluğunun da öz prinsipləri vardır. Bunlardan ən başlıcası qanunun aliliyinin qorunmasıdır. Komissiya sədri dövlət qulluqçularına bu şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]