Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması diqqət mərkəzindədir

Naxçıvan, 13 avqust, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı uğurlu nəticələrə yol açır

Naxçıvan Muxtar Respublikasında ötən dövrdə aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrəsini verib, məhsul istehsalının həcmi artırılıb. Əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qoşulması, mütərəqqi suvarma metodlarının tətbiqi, texnika və gübrə təminatı, süni mayalanma işinə diqqətin artırılması, yeni heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının yaradılması və digər istiqamətlərdə görülən işlər kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib. İkinci rübdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanılıb, kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində olub.

39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min manatdan çox həcmdə dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikada aqrar sektorun əsas hərəkətverici qüvvələrindən biri bu sahəyə göstərilən dövlət dəstəyidir. Həm istehsal, həm də emal prosesinə verilən dəstək yeni təsərrüfatların və emal müəssisələrinin yaradılması baxımından stimullaşdırcı xarakter daşıyır. Aprel-iyun aylarında kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min 650 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Muxtar respublikada dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq təsərrüfatı yaradılır

Yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, yeni sənaye, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif istiqamətli layihələrin hazırlanması davam etdirilib. İkinci rübdə muxtar respublikada 13 heyvandarlıq, 4 arıçılıq, 1 quşçuluq, 1 bağçılıq, 1 istixana, 1 tingçilik təsərrüfatının və 2 soyuducu anbarın yaradılması, 4 heyvandarlıq, 1 arıçılıq və 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq, 6 arıçılıq, 2 bağçılıq təsərrüfatının, 3 soyuducu anbarın, 1 kompost və torf istehsalı, 1 süd məhsullarının emalı sahələrinin yaradılması, 2 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilib.

İxrac imkanları genişləndirilir

Muxtar respublikada ixrac imkanlarının genişləndirilməsi üçün mühüm töhfələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Şərur Sənaye Məhəlləsi olacaqdır. Hazırda burada 6 istehsalat korpusundan 3-nün yaradılması istiqamətində işlər davam etdirilir. Sənaye məhəlləsində ilkin mərhələdə fəaliyyətə başlaması nəzərdə tutulan sahələrdən biri də bitki yağı istehsalıdır. Xammal bazası aqrar sektordan formalaşacaq istehsal sahəsinin yaradılması istiqamətində işlər ikinci rübdə davam etdirilib. Bu istiqamətdə avadanlıqların alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndələri muxtar respublikaya dəvət olunub, sənaye məhəlləsinə baxış keçirilib və müzakirələr aparılıb. Dövlət Proqramının icrası Şərur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələrinin xammalla təchizatı üçün önəmli rol oynayacaq.

Sahibkarlar üçün hərtərəfli şəraitin yaradılması onları məhsul istehsalını artırmağa stimullaşdırır

Dövlət Proqramının mühüm istiqamətlərindən birini istehsal olunan məhsulların ixrac potensialının artırılması təşkil edir. Muxtar respublikada ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün hərtərəfli şəraitin yaradılması onları məhsul istehsalını artırmağa sövq edən stimullaşdırıcı amildir. Bununla yanaşı, ixrac potensialı olan məhsulların istehsalı ilə bağlı müxtəlif layihələrin hazırlanması və sahibkarlara təqdimatının keçirilməsi mühüm istiqamətləndirici tədbir kimi qiymətləndirilə bilər. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən meyvə araqları və tütün məmulatlarının Polşa, İran İslam Respublikası və Bakı şəhərinə maneəsiz şəkildə çıxarılması məqsədilə 5 hаldа mənşə sеrtifikаtı verilib. İxrac qabiliyyətli müəssisələrin istehsal potensialından tam istifadə edilməsi üçün 15 sahibkarlıq subyekti ilə birgə təhlillər aparılıb, bu müəssisələrin ixrac potensialının artırılması istiqamətində təkliflər hazırlanıb. Latviyanın Riqa şəhərində yerləşən “Azərbaycan Ticarət Evi”nin rəhbərinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində yerli məhsullarla tanışlığı təmin edilib, həmin məhsulların, eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixracı istiqamətində müzakirələr aparılıb. İkinci rübdə muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 39 ixrac potensiallı sahibkarlıq subyektinin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Naxçıvan məhsulları ixrac kataloqu”nun hazırlanması başa çatdırılıb və 250 ədəd çap etdirilib. Bu dövrdə kənd təsərrüfatıyönümlü 39 layihənin biznes planları ciddi təhlil olunub, bu layihələrin özünüödəmə imkanları, rentabellik göstəriciləri müəyyənləşdirilib, təhlillərin nəticələri ilə bağlı sahibkarlıq subyektləri maarifləndirilib.

İkinci rübdə 85 ailə özünüməşğulluq proqramına cəlb olunub

Muxtar respublikamızda insan amilinə verilən dəyərin əsas təzahürlərindən biri aztəminatlı ailələrin xüsusi dövlət qayğısı ilə əhatə olunmasıdır. Bu istiqamətdə görülən işlər bir tərəfdən həmin ailələrin məşğulluğunun təmin olunması ilə maddi rifahının yüksəldilməsinə, digər tərəfdən isə bu ailələrdə istehsal olunan məhsulların daxili bazarın tələbatının ödənilməsində xüsusi yer tutmasına səbəb olur. Dövlət Proqramında da özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi barədə tapşırıq nəzərdə tutulub. Muxtar respublikada ikinci rübdə 85 ailə özünüməşğulluq proqramına cəlb olunub. Onlardan kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərənlərə, ümumilikdə, 96 baş iribuynuzlu, 320 baş xırdabuynuzlu heyvan, 40 arı ailəsi, 10 miniyerşumlayan aqreqat və 2 inkubator aparatı verilib. Əvvəlki dövrlərdə aktiv verilmiş ailələrdən təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirənlərə, ümumilikdə, 2 arpa, buğdaqıran və 1 südsağan aqreqatın verilməsi isə özünüməşğulluq proqramı çərçivəsində həvəsləndirici tədbirlərin də davam etdirilməsinin ifadəsidir.

Ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına lazımi şərait yaradılır

Naxçıvanda özünüməşğulluqda səmərəliliyin yüksəldilməsinin və alternativ gəlir mənbələrinin genişləndirilməsinin digər mühüm vasitəsi isə ailə təsərrüfatlarıdır. Onlara dövlət dəstəyinin göstərilməsi, mütəmadi olaraq görüşlərin keçirilməsi və məhsul istehsalının artırılması istiqamətində aparılan təşviqat işləri ailə təsərrüfatlarının sayının ildən-ilə artmasına və yeni fəaliyyət sahələrinə yönəlmələrinə səbəb olur. Bir çoxu kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu təsərrüfatlarda istehsal olunan məhsulların satışına lazımi şəraitin yaradılması da xüsusi diqqətdə saxlanılan məsələlərdəndir. İkinci rübdə xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində olub, Naxçıvan şəhəri və Babək rayonunun hər biri üzrə 11, Ordubad və Culfa rayonlarının hər biri üzrə 53, Şərur rayonu üzrə 5, Kəngərli rayonu üzrə 2 ticarət obyektində ailə təsərrüfatçılarının təqdim etdiyi məhsullardan ibarət bölmələrin ön sıralarda yerləşdirilməsi və istehlakçılara təklif edilməsi istiqamətində maarifləndirmə işi aparılıb.

Dövlət Proqramının icrası muxtar respublikada əlverişli aqrobiznes mühitinin formalaşdırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və ixrac potensialının artırılması sahəsində yeni nailiyyətlərin əsasını qoyacaqdır.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb