Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Naxçıvan, 3 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən əvvəllər məhkum olunmuş Musa Maxmudov saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onun yaşadığı mənzilə baxış zamanı külli miqdarda marixuana və çətənə toxumları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.