Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlik: Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb

Nazirlik: Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb

Bakı, 5 mart, AZƏRTAC

Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, martın 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Vergilər və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib. Diplomatik korpus nümayəndələrinə təqdim edilən şərhlərdə vergi qanunvericiliyində son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb, habelə konkret misallarda vergi yükünün aşağı düşməsi nümayiş etdirilib.

Nazirlik həmin şərhlərin maraq doğurduğunu nəzərə alaraq onlardan bəzilərini diqqətə çatdırır.

Qeyd olunub ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8000 manatadək əməkhaqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzəştləri təqdim olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib.

“Kölgə iqtisadiyyatı”nda çalışan bir sıra vergiödəyicilərində uçot sisteminin qaydaya salınması, vergidən yayınmaların qarşısının alınması, bazarda rəqabət mühitinin təmin edilməsi istiqamətində aparılan işlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, cari ilin ilk iki ayında dövlət büdcəsinə daxilolmalarda artım müşahidə olunur. Bu neft sektorunun gəlirləri hesabına deyil, qeyri-neft sektorunda fiskal tənzimləmələrin hesabına baş verir ki, bu da şübhəsiz, ölkədə sosial proqramların icrası üçün əlavə maliyyə imkanları yaradır.

Bəzən sahibkarlar qeyri-leqal gəlirlərinin rəsmiləşdirilməsini vergi yükü kimi dəyərləndirməyə çalışır. Lakin bu belə deyildir. Vergiləri ödəməkdən yayınmaq və vergiödəyicisinin ödəməli olduğu vergiləri gizlətmək imkanlarının məhdudlaşdırılması onun vergi yükünün artdığı anlamına gəlmir. Əksinə, sahibkarlıq üçün təqdim edilən vergi güzəştlərindən istifadə edən hər bir vergiödəyicisi qanuni yolla əldə etdiyi güzəştlər hesabına əvvəlkindən daha az vergi yükünə malikdir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra vergiödəyicilərinin vergi yükünün aşağı salınmasını göstərən bəzi misallara diqqət yetirək.

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120 min manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 4 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=4800 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500-173 (yaşayış minimumu) x 14 faiz x 12 ay= 2197,4 manat

- Cəmi: 4800+2197,4=6997,4 manat

Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş vergi dərəcəsi 4 faiz 2 faiz, əməkhaqqından tutulan gəlir vergisi 8000 manatadək olduqda 14 və 25 faizdən 0 faiz dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaq:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 2 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=2400 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 2400+0=2400 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2400 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):

Ticarət sektorunda 6 faiz dərəcə ilə sadələşdirilmiş vergiödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300 min manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. 2019-cu il yanvarın 1-dən 6 faiz dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olduğu üçün vergiödəyici ƏDV qeydiyyatına alınıb. Vergiödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 300 min (illik gəlir) x 6 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=18 min manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500-173 (yaşayış minimumu) x 14 faiz x 12 ay=2197,4 manat

- Cəmi: 18000+2197,4=20197,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaq:

- Əlavə dəyər vergisi (vergiödəyicisinin 300 min manat gəlirindən 10 faiz mənfəət ilə qazancını nəzərə alaraq): 30 min x 18 faiz (ƏDV dərəcəsi)=5400 manat

- Mənfəət- gəlir vergisi: 30 min (mənfəət) x 20 faiz (MV/GV dərəcəsi)=6000 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 5400+6000+0=11 min 400 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11400 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 8797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120 min manatdır və o, hər işçiyə aylıq 500 manat əmək haqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergiödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergiödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 4 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=4800 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500 - 173 (yaşayış minimumu) x 14 faiz x 12 ay=2197,4 manat

- Cəmi: 4800+2197,4=6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

- Gəlir vergisi: (120 min (illik gəlir) - 108 min (illik xərc) x 20 faiz x 25 faiz (mikrosahibkarlara təqdim edilən 75 faizlik güzəşt)=600 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 600+0=600 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 6397,4 manat azalması deməkdir.

Göstərilən misallar bir daha təsdiq edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra vergiödəyicilərinin, xüsusilə də ticarət sektorunda çalışan sahibkarların vergi yükü əsaslı şəkildə aşağı düşüb. Məsələ yalnız sahibkarların öz uçot sistemini qaydaya salması, mühasibatlığını düzgün aparmağa öyrənməsi, müvafiq olaraq gəlir və xərcləri sənədləşdirməsi, qanuni güzəştlər sistemindən istifadə etməklə vergi öhdəliklərini yerinə yetirməsindən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq

Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır

BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

İran xam neft ixracına başlayıb

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ

AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək

“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər

Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır

Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq

Qlobal enerji böhranı və Azərbaycanın etibarlı resurs potensialı - ŞƏRH

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib VİDEO

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb VİDEO

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb VİDEO

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib