N.C.ZEYNALOVANIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhər İcra Hakimiyyəti Nəsibə Zeynalovanın yaşadığı binaya (Üzeyir Hacıbəyov küçəsi, 37/43) xatirə lövhəsinin vurulmasını və sənətkarın qəbirüstü abidəsinin ucaldılmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 oktyabr 2004-cü il.