“NƏ?, HARADA?, NƏ VAXT?” İNTELLEKTUAL OYUNU ÜZRƏ V ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK
Çempionatın aparıcısı, suallar paketinin redaktoru və münsiflər heyətinin sədri, “Nə?, Harada?, Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının sertifikatlı hakimi, rusiyalı Dmitri Borok olacaqdır. Qalib komanda avqustun 23-28-də Rusiyanın Kalininqrad şəhərində keçiriləcək “Nə?, Harada?, Nə vaxt” intellektual oyunu üzrə V dünya çempionatında ölkəmizi təmsil edəcək.
Xatırladaq ki, 2002-ci ildən ölkəmizdə keçirilən bu yarışlarda Balakişi Qasımov və Faiq Hüseynovun komandalarının hərəsi iki dəfə çempion adını qazanmışdır.