“NEFT DAŞLARI”NDAKI YATAQXANALAR TƏMİR EDİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Neft Daşları”ndakı yaraqxanalar təmir edilir.
“Neft Daşları”nda, dəmir dirəklər üzərində ucaldılmış şəhərcikdə 7 beşmərtəbəli və 1 doqquzmərtəbəli yataqxana fəaliyyət göstərir. “Neftqaztikinti” tresti üç yataqxananın təmiri başa çatdırmışdır. Bu il isə daha 2 yataqxananın təmiri nəzərdə tutulmuşdur. Açıq dənizdə ən hündür tikili olan 9 mərtəbəli qadın yataqxanasında təmir işlərinə ötən ilin avqustunda başlanmışdır. Təmir layihəsini “Dənizneftqazlayihə” institutu hazırlamışdır. Yataqxanada 2 nəfərlik 168 otaq mövcuddur. Yaxın günlərdə təmir olunmuş 80 otaq neftçilərin istifadəsinə veriləcəkdir.
Təmir işləri Avropa standartlarına uyğun, ən yeni üzlük materiallardan, santexnika və elektrik avadanlığından istifadə edilməklə aparılır. Binanın döşəmələri laminatla örtülmüş, qapı və pəncərələri dəyişdirilmişdir. Hər bir mənzil vanna və duş otağı, telefon, yeni soyuducu, televizor, kondisioner, habelə rahat və gözəl mebellə təchiz olunmuşdur. Bu ilin sonunadək binanın qalan hissəsi də təmir edilərək təhvil veriləcəkdir.
Eyni zamanda, kişilər üçün nəzərdə tutulmuş 412 yerlik 5 mərtəbəli yataqxananın da Avropa standartlarına uyğun təmiri başa çatdırılacaqdır. Yaxın illərdə “Neft Daşları”nda daha iki 5 mərtəbəli yataqxananın və 1 binanın təmiri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]