NEFTÇALADA ÜMUMXALQ SƏSVERMƏSİ DEMOKRATİK ŞƏRAİTDƏ KEÇMİŞDİR
Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar ümumxalq səsverməsi Neftçala rayonunda da seçicilərin fəallığı şəraitində keçmişdir.
Rayon icra hakimiyyəti və YAP rayon təşkilatı referenduma hazırlıq dövründə yerlərdə geniş izahat işləri aparmış, idarə və müəssisələrdə, kənd və qəsəbələrdə, yaşayış məntəqələrində görüşlər keçirmiş, Konstitusiyadakı dəyişikliklərin hansı zərurətdən irəli gəlməsi, onların mahiyyəti barədə rayon sakinlərinə ətraflı məlumat vermişlər. Təbliğat və təşviqat qruplarının üzvləri evlərə, ailələrə getmiş, məhəllələri gəzmiş, referendumun məqsəd və məramını rayonun əhalisinə izah etmiş, adamları maraqlandıran suallara cavab vermiş, hamını ümumxalq səsverməsində iştirak etməyə çağırmışlar.
Rayonda məntəqələr lazımi avadanlıqla və nəqliyyat vasitələri ilə təmin olunmuş, telefonlaşdırılmışdır. Burada səsvermənin şəffaf, demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılmışdır.
Bütün bunların nəticəsidir ki, Nefçalada ümumxalq səsverməsi əhalinin böyük fəallığı və mütəşəkkilliyi şəraitində keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]