Neftçalada yaşayış binasında yanğın baş verib
Bakı, 14 aprel, AZƏRTAC
Neftçala rayonunun Bankə qəsəbəsində birmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzilin tavanının bir hissəsi, digər mənzilin 3 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd divan, binaya bitişik ümumi sahəsi 28 kvadratmetr olan talvar yanıb. Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]