NEFTÇİLƏRİN ŞƏRƏFİNƏ “XƏZƏR BALLADASI”
AZƏRTAC xəbər verir ki, 15-ci yubiley Xəzər neft-qaz konfransı çərçivəsində Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun “Xəzər balladası” baletinin premyerası olmuşdur.
Tamaşada qəlbi riqqətə gətirən musiqi, çox gözəl xoreoqrafik tapıntılar, zərif plastika vasitəsilə fırtınaya qalib gələn neftçilərin qəhrəmanlığından söhbət açılır. Onların nurlu çöhrəsindən, qəlblərindən süzülən qələbə sevinci musiqi palitrasının ahəngi ilə ifadə olunur.
Baletin son səhnələri əvvəlini xatırladır: yenidən günəş doğur, dalğalar aramla sahilə can atır, qağayılar həmişəki kimi dənizin üstü ilə uçurlar, üfüqdə buruqlar görünür... və neftçilər yeni əmək növbəsinə başlayırlar.
Yeni-yeni qələbələrdən xəbər verən son akkordlar səslənir. Tamaşaçılar tərəfindən hərarətlə qarşılanan baletin quruluşçu rejissoru SSRİ Dövlət mükafatı laureatı, SSRİ xalq artisti Tamilla Şirəliyeva əməkdar incəsənət xadimi Siyavuş Məmmədzadə ilə birlikdə həm də librettonun həmmüəllifidir.
Premyerada konfransın təşkilatçıları və iştirakçıları, xarici diplomatik korpusun nümayəndələri və başqaları iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]