NƏRİMANOV RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFI PROQRAMI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsi proqramının müzakirəsinə həsr edilmiş yığıncaqda Nərimanov rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış etmişdir. O, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən, rayonda aparılan geniş quruculuq işlərindən danışmışdır. Natiq bildirmişdir ki, bu ilin birinci yarısında rayonun müəssisələrində məhsul istehsalının həcmi xeyli artmış, 1700-dən çox yeni iş yeri açılmışdır. Rayonun rəhbəri qarşıda duran vəzifələrdən də ətraflı bəhs etmişdir.
Sonra Nərimanov rayonunun sosial–iqtisadi inkişafı proqramının təqdimat mərasimi olmuşdur. 2004-2008-ci illəri əhatə edən bu proqram yığıncaq iştirakçılarında rayonun iqtisadi potensialı barədə dolğun təəssürat yaratmışdır.
Avropa standartlarına uyğun hazırlanmış, respublikamızda ilk dəfə olaraq bu formada təqdim edilən fəaliyyət proqramı yığıncaq iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yığıncaq proqramın müzakirəsi ilə başa çatmışdır.