Nəsimidə vətəndaşa qarşı soyğunçuluq olub
Bakı, 19 aprel, AZƏRTAC
Nəsimi rayonunda vətəndaşa qarşı soyğunçuluq olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetinin soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:33]
Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib
- 08.06.2026 [15:07]
SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [14:08]